BURA / ORA
Elinanın məzarı dağıdılıb... Tarix : 20 İyun 2019, 18:47
Yazar : Qadinkimi.com
Bakıda intihar etmiş məktəbli Elina Hacıyevanın qəbri üzərindəki fotosu cırılıb, gülləri isə dağıdılıb.

Bu barədə "Report"a açıqlamasında vəkil Emin İsayev məlumat verib.

Vəkil bildirib ki, bu əməlin kim tərəfindən törədildiyi məlum deyil və Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə bağlı başlanan cinayət işi üzrə müvafiq addımlar atılacaq.

Vəkil əlavə edib ki, 162 nömrəli tam orta məktəbin şagirdi, 14 yaşlı Elina Hacıyevanın ölümü ilə bağlı başlanmış cinayət işi üzrə təyin olunmuş komisyon ekpertiza başa çatıb: "Ekspertizanın rəyi bizə təqdim edildikdən sonra istintaq hərəkətləri davam edəcək".

Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilib.
 

 
 
 

Mənbə: qaynarinfo.az