BURA / ORA
Elçibəyin qardaşı oğlu namizəd oldu Tarix : 26 Yanvar 2020, 13:50
Yazar : Qadinkimi.com
2020-ci il 9 fevralda keçiriləcək parlamentə növbədənkənar seçkilərdə 15 saylı Yasamal birinci Seçki Dairəsindən deputatlığa namizəd, Bəyaz Hərəkat başqanı Hürrü Əliyev hər gün sakinlərlə fərdi və komanda şəklində görüşlər keçirir. İlk olaraq Qarabağ qaziləri ilə başlayan görüşlər bütün dairə üzrə davam edir. Bu dəfə o, Yasamal rayon 2-ci Alatava sakinləri ilə görüşüb. Seçicilərin problemləri, tələbləri və təklifləri ilə yaxından tanış olub. Hürrü bəyin Milli amalları öndə tutan, xalqın, sakinlərin mənafeyinə hesablanan çıxışları ona qarşı inam və güvən yaradır. Sakinlər seçkidə iştirak edəcəklərini və sonuna qədər dəstək olacaqlarını bildiriblər. 
 
Qeyd edək ki, Hürrü Əliyev 26 aprel 1972-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonu Kələki kəndində anadan olub. 1989-cu ildə Bakı şəhər Yasamal rayonu 52 saylı orta məktəbi bitirib. 1992-1995-ci illərdə Türkiyə Cümhuriyyəti Ankara Universitetinin Hüquq fakultəsində ali təhsilini davam etdirib. 2000-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakultəsində ikinci ali təhsil alıb. Ailəlidir. 2 övladı var. Milli maraqlara əsaslanan Bəyaz Hərəkat başqanıdı. Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı oğludu. 

Qadinkimi.az