Hamı xoşbəxt yaşamaq istəyir, ya hamı xoşbəxt olmaq üçün yaşayır.Və hamı sevir. Xoşbəxtliyin qarşı tərəfdən-seçimindən də asılı olur. Qadın hansı kişi ilə xoşbəxtdi daha çox?
Əgər qadın seçdiyinə özündən çox inanırsa, özünü daha güvənli, xoşbəxt hiss edir.
Normal, sevgi dolu münasibətlərdə bu təkcə qadını xoşbəxt etmir, kişi də bundan xoşbəxt olur. Belə inama əsaslanan ailələr də möhkəm və xoşbəxt olur.
Məsələn FilterHero şirkətinin yaradıcısı Dmitri Şukin deyir:Elə vaxtlar olur ki, mən heç bir işlə məşğul olmuram.Sözün əsil mənasında vaxt öldürmüşəm. Bəlkə nəsə yeni fikirlər gözləmişəm, bilmirəm. Belə hal aylarla davam edə bilər. Burda sevdiyin qadının səni anlaması çox vacibdir.
Dığdığla həyatını cəhənnəmə döndərməsin gərək. "Boş-boş oturma, nə isə et” deməsin. Mənim həyat, iş baxışımda "nə isə et” yanaşması yoxdur. Mən nə edəcəyimi dəqiq bilməliyəm və sevdiyim, seçdiyim qadın da buna inanmalıdır. Başqa cür birliyimiz alınmaz”.
Təkcə təmkinli, səbrli deyil, işində uğurlu qadınlara kişilər daha çox güvənir.
Əgər kişinin kompleksi yoxsa, yəni özgüvəni tamdırsa, təkcə xörəkbişirən yox, həm də öz işlərində uğurlu qadınları, məqsədli qadınları sevir.Öz üzərində çalışan, həyatda nəyəsə nail olmaq istəyən qadınlar güclü kişilər üçün daha maraqlıdır.Çünki belə qadınlar boş-boş dedi-qodulara, kiminsə bahalı paltarından, bahalı restoranda olmağından danışmağa vaxt sərf etmir. O vaxtın-həyatın dəyərini bilir. Belə qadın öz həyat yoldaşına, həyatının kişisinə istənilən halda dayaq olacaq, anlayacaq.
Psixoloqların fikrincə də kişi və qadın bir-birinə dayaq olmaqla bərabər emosional stabilliyi qoruması da çox önəmlidir. Yəni şəxsi münasibətləri nə iləsə bağlı yaranan əsəbilikdən qorumaq lazımdır. Eyni zamanda hər hansı səhv addımlara görə bir – birinizi daim qınamaqdan vaz keçin. Şübhə toxumu səpməyin. Hətta partnyorunuzun düşdüyü kritik vəziyyətdə günahkar olduğunu bilsəniz də onu bu vəziyyətdən çıxacağına inandırın. Əsil kişi, ya qadın bunu dəyərləndirəcək.
"Alexin və partnyorları” marketinq qrupunun yaradıcısı Roman Alexin hesab edir ki, dayaq olmağı və kömək etməyi bacarmaq lazımdır. Kişi işlə bağlı ezamiyyətlərdə ola bilər, gec gələ bilər, Qadın kişidə qarşısına qoyduğu məqsədə çatacağına inamsızlıq yaratmamalı, əksinə inam yaratmağa çalışmalıdır. Yəni məsələ təkcə yemək hazırlamaq, köynək ütüləməkdə deyil. Eyni zamanda kişilər də öz xanımlarına əsil arxa olmalıdır.
Ümumiyyətlə cütlük yeri gələndə bir-birini rahat buraxmalı, gərəksiz sorğu-sualla yormamalıdır. Əsas ağıllı, səbrli və xoşrəftar olmaqdır.
Qarşılıqlı münasibıtləri araşdıran psixoloq Yuliya Yunqer belə nəticəyə gəlib ki, hətta ta qədimlərdən hökmdarlar ağıllı, güclü, sağlam, xəzinəni belə idarə edə biləcək qadınları özlərinə həyat yoldaşı seçiblər. Yəni elə qadın ki, onunla hər işdə məsləhətləşmək mümkün olsun, sağlam uşaqlar dünyaya gətirsin, hətta hökmdarın başına bir iş gələrsə, orduya da nəzarət edə bilsin və s..
Kişi – qadın münasibətlərinin dayanıqlığı təkcə sevgiyə deyil, ehtiyaca da bağlıdır: Sən Ona ehtiyac duymalısan.
Ehtiyac duyduğunuz-əsas O-dur!
qadinkimi.com