Qədim çağlardan bəri qadın istər mifologiyada, istər tarixin tozlu səhifələrində dirənişin, gücün və haqlılığın simvolu olaraq bilinib. Bunlardan bəlkə də ən özəli on birinci yüzilliyin İngiltərəsində bir əfsanəyə çevrilmiş, əsrlərdir rəssamlara, şairlərə, sənətçilərə, hətta Freydə belə ilham olmuş Ledi Qodivadı (Lady Godiva).
Ledi Qodiva azadlığın, cəsarətin, üsyanın, dirənişin, saflığın, qərarlılığın, fədakarlığın, toplumsal qurtuluşun hekayəsi kimi simvola çevrilib.
Qodiva adı köhnə ingiliscədə "Tanrının hədiyyəsi” olan "God gift you”dan yaranan Godgifudur. İngilis dilinin latınlaşması dövründə adın oxunuşu Godiva olaraq dəyişib.
Böyük Britaniyanın Koventri şəhərində yaşayan 17 yaşlı Qodiva özündən bir xeyli böyük Mersiya qrafı Kont Leofrik ilə evlənir. Evliliyin ilk zamanları yaxşı keçsə də, Kontun öz xalqından istədiyi böyük vergiyə görə cütlüyün münasibəti pozulur. Ledi Qodiva insanların verginin çoxluğundan əziyyət çəkdiyini görüb ərini vergiləri ləğv etməsi, heç olmasa azaltması üçün razı salmağa çalışır. Çox dil tökür, xahiş edir, lakin işə yaramır. Kont xanımının bu ricalarından o qədər bezir ki, bir gün ziyafətdə, keyfi kök olduğu vaxtda Qodivaya belə bir gözlənilməz təklif edir: "Çılpaq şəkildə bir atın üstündə bütün şəhəri gəzsən, vergiləri ləğv edəcəm". "Çılpaq gəz və Tanrının hədiyəsini hamıya göstər" deyən Kont ağlına da gətirmir ki, Qodiva bunu edər. Xanımının dindar və mühafizəkar olduğuna görə bu təklifi əsla qəbul etməyəcəyini düşünən Kontun düşüncəsinin əksinə, Qodiva təklifi qəbul edir. Uzun, kürən saçlarını açaraq nəzərə çarpmayan şəkildə bütün şəhərdən at belində keçir. Qodivanı çox sevən, bu cəsur davranışı qarşısında ona dərin hörmət göstərən Koventri xalqı təyin olunmuş gündə evlərinin, mağazaların bütün qapı və pəncərələrini bağlayır. Qodiva çılpaq gəzən zaman ona heç kim baxmır. Əfsanənin bəzi versiyalarına görə yalnız Tom adlı bir dərzi marağına güc gələ bilmir, pərdənin aralığından Qodivaya baxmaq istəyəndə gözləri kor olur. İngilislərin "Peeping Tom” (rentgençi Tom) deyimi də burdan meydana çıxıb. Beləliklə, Ledi Qodiva ərinə qalib gəlir. Kont onun cəsarətinə və fədakarlığına heyran qalıb söz verdiyi kimi vergiləri ləğv edir. Qərb dünyası Ledi Qodiva üçün müxtəlif hekayələr və əfsanələr uydurub. Qodivanın saçlarının qısa olduğunu, 15 - ci əsrdə kilsə tərəfindən hekayəyə uzun saç əlavə edildiyi yazılır. Soyunmasının konkret deyil, mücərrəd anlam daşıdığını yazanlar da var. Qodivanın bəzək-düzəksiz xalqın içində gəzdiyi də rəvayət olunur.
20 - əsrin əvvəlində Qodiva şokolad markasına çevrilir.
1955-ci ildə amerikalı rejissor Artur Lubin Lady Godiva of Coventry filmini çəkir.
Ledi Qodiva əfsanəsi sənətkarların əsərlərində yaşayır.
Koventrinin keçmiş kafedral kilsəsinin yaxınlığında Ledi Qodivanın at üstündə saçları yana tökülmüş heykəli ucaldılıb.
1898 - ci ildə rəssam Con Kolyer "Ledi Qodiva" əsərini yaradır.
1962 - ci ildə isə şairə Silviya Plat "Ariel" şeirində onu yazır.
Türkiyə ədəbiyyatında isə şair İsmet Özel "Amentü” adlı şeirində "Nə Qodiva keçər yoldan, nə bir kimsə kor olar” misrasını qələmə alır.
1678-ci ildə şəhərin sakinləri Ledi Qodivanın şərəfinə hər il festival keçirməyə başlayırar.
Bu gün "Femen" adlı qrup Ledi Qodivadan ilham alaraq, dünyanın dörd bir tərəfində soyunaraq protest aksiyalar keçirir.
Qodiva ədalət arzusuna görə feminizmin simvollarından biridi.
Qadinkimi.com