Qadinkimi.com APA-ya istinadən xəbər verir ki, gələn aydan bəzi həkimlərin maaşlarının artılacağı gözlənilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında bu haqda açıqlama verib.
O, bildirib ki, 17 ixtisas üzrə çalışan həkimlərin
əməkhaqqına artım 2 dəfəyədək təşkil edəcək.
Həmin ixtisaslar üzrə siyahı aşağıdakı kimidir:
Həkim – allerqoloq
Həkim – psixiatr
Həkim – dermatoveneroloq
Həkim – oftalmoloq
Həkim – endokrinoloq
Müalicəvi bədən tərbiyəsi üzrə həkim
Həkim – fizioterapevt
Həkim – pulmonoloq
Həkim – infeksionist
Həkim – revmotoloq
Həkim – kardioloq
Həkim – terapevt
Həkim – narkoloq
Həkim – toksikoloq
Həkim – nevroloq
Həkim – travmatoloq – ortoped
Həkim – pediatr
Eyni zamanda 14
ixtisas üzrə çalışan həkimlərin maaşında da 20-90% arası artım olacaq.
Həkim – nefroloq
Həkim – epidemioloq
Həkim – ftiziatr
Həkim – hematoloq
Həkim – neonatoloq
Həkim – diyetoloq
Həkim – genetik
Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis
Həkim – laborant
Psixoloq
Həkim – metodist
Loqoped
Həkim – mikrobioloq
Həkim – statistic
Qeyd edək ki, artımlar barədə qərarın 1 İyunadək qüvvəyə minməsi nəzərdə tutulur.
Mənbə: Apa.az
Qadinkimi.az