Dünyanın ən çirkin qadını yarışmasında bir ana, 'MARY ANN WEBSTER'
İyirminci əsrin başlanğıc illəri.
Dörd uşaq anası Mary səhnədə, digər iştirakçılar arasında idi. Kimisi kök, kimisi bığlı, kimisi də qısaboy...bir çox qadın, böyük mükafat olan pulu almaq üçün "Dünyanın ən çirkin qadını yarışması"na qatıldı.
Mary narahat halda ətrafa baxırdı. Salona yığışan tamaşaçılar səhnədəki qadınlara qəhqəhə ilə gülürdülər.
Mary utandı.
Mary başını önə əydi.
Tam geriyə bir addım atmışdı ki, evdəki ac uşaqları gözünün qabağına gəldi. Bu yarışmadan alacağı pul çox vacib idi. Əri öldükdən sonra dağılan həyat tərzini başqa bir şəkildə yoluna qoya bilməzdi.
Qışqırıqlara və qəhqəhələrə baxmayaraq səhnədə gözləməyə davam etdi.
"Hər şey uşaqlarım üçündür", öz-özünə dedi.
"Başa düşmədim, nə isə dedin?” - deyə yanındakı bığlı qadın soruşdu.
"Heç", dedi Mary, - Heç nə demədim.
Mary gözlərini yumdu və köhnə halını düşündü.
Xəstələnməmişdən əvvəl nə qədər gözəl bir qadın idi. Nazir belə yenidən dönüb ona baxardı. Ta ki iyirmi doqquz yaşında Thomas Bevan ilə evləndikdən və 4 uşaq sahibi olduqdan sonra başlayan miqren, əzələ və oynaq ağrılarına qədər. Həkimlər əvvəlcə nə baş verdiyini anlaya bilmədilər. Sonra xəstəliyin "akromegaliya" olduğu anlaşıldı. Bu xəstəlik Mary-nin üz formasını da dəyişdirərək onu tanınmaz hala gətirdi. Təəssüf ki, Mary xəstəliyi ilə mübarizə apararkən əri birdən öldü və Mary uşaqları ilə tək qaldı.
Mary bu barədə düşünərkən birdən alqış səslərini eşitdi və gözlərini açdı.
Bəli, Mary "Dünyanın ən çirkin qadını" yarışmasının birincisi olmuşdu.
Mary mükafatı alanda gözlərindən ürəyinə bir cüt yaş töküldü.
İndi uşaqları üçün "dünyanın ən çirkin qadını" idi.
Görünüşünə görə heç vaxt işə götürülməyən Mary, o vaxtdan sonra sirklərdə çalışmağa başladı.
İnsanların güldüyü və əyləndiyi Mary ana idi.
Heç kim onun bu ana tərəfini görmədi.
Çünki insanların əylənməyə, birilərinə yuxarıdan aşağı baxıb, xor görərək özlərini ucaltmağa ehtiyacı var idi.
Fədakar ana Mary 59 yaşında öldü və sirklərdə "dünyanın ən çirkin qadını" olaraq çalışaraq son nəfəsini verənə qədər mübarizə apardı. Yeganə qayğısı uşaqlarının heç kimdən asılı olmaması idi.
Botokslu, makiyajlı, saxta kirpik və silikonluların "gözəl" sayıldığı bir dünyada, əlbəttə ki, Mary və Mary kimi qadınlar daim sistemin "çirkinləri" elan ediləcəkdi.
Bir vaxtlar televiziyada bir modellə danışırdılar. Modeldən dünyaca əhəmiyyətli bir adı soruşdular, amma o, bu adı tanımadı. Sonra gülərək "Boş olduğumu bilirəm, amma gözələm" dedi.
Dünya tam da o nöqtədədi.
Bütün gözlər boş, lakin "gözəl" qadınların üstündədi.
"Hər şey övladlarım üçündür” - öz-özünə dedi.
"Başa düşmədim, bir şey dedin?”, deyə bığlı qadın soruşdu.
"Heç nə" dedi Mary, - Heç nə demədim.
Mary heç nə demədən getdi!
Emil Tağızadə
qadinkimi.com/az