Son illərin ən qalmaqallı femin kitabı olan "Qulluqçunun gündəliyi"ni yazan Margaret Etvudun doğum günüdü. Bu ilin Buker mükafatçısı Etvudun həmin kitabına eyniadlı serial çəkilir. Qısa zamanda dünya izləyicisini sarsıdan serial anti-utopik romanın ekranlaşdırılmış güclü əksidi. Əsərdə qadını istismar edən, onu bioloji varlıqdan başqa bir canlı kimi görməyən dini radikallıq və patriarxat ifşa edilir.
Marqaret Ottavada doğulub. 11 yaşından internat tipli məktəbə göndərilib, Edqar Alan Po-nun yaradıcılığını sevib, ilk şeirlərini də onda yazıb. 16 yaşından ciddi şəkildə ədəbiyyatla məşğul olmağa başlayıb. "Double Persephone” ilk əsəridi. İkinci şeirlər kitabı "The Circle Game” ilə Kanadanın nüfuzlu mükafatına – "Governor General’s Award”-a - layiq görülüb. 2019-cu ilin Buker ədəbiyyat mükafatçısıdı.
Etvud bu gün dünyanın ən çox diqqətini çəkən yazıçılardan biridi.
qadinkimi.com