World Press Photo 2019-cu ilin 19 ən güclü jurnalist fotoşəklini təqdim edib. "İlin ən yaxşı görüntüsü" ABŞ-ın Meksika sərhədində ağlayan kiçik bir qızın fotosu seçilib.
Hondurasdan olan Yanel Sançes adlı bu kiçik qızın şəklini amerikalı fotoqraf Jon Mur çəkib. Fotoda ağlayan Sançesin yanındakı anasıdır və Amerika sərhəd gözətçisi tərəfindən üst-başı axtarılır.
"İlin fotoşəkli" nə əlavə olaraq, daha 8 dəyərləndirmə kateqoriyasında da fotoşəkillər təqdim edilib.
2019-cu ilin mükafatçıları 25 ölkədən 43 fotoqraf olub.
1. "Ümumi xəbərlər" kateqoriyasında 1-ci yer. "Yəmən böhranı", şəkillərin müəllifi Lorenzo Tuqnolidir.
2011-ci ilin yanvar ayında başlayan "Ərəb Baharı” Orta Şərq bölgəsini uzun müddətli gərginliyə sürükləyib. Tunis və Misirdə hakimiyyət dəyişikliyinə səbəb olan xalq iğtişaşlarının ilk dalğası bölgədəki bir sıra ölkələrdə kütləvi etirazlarla müşayiət olunub. Yəməndə əvvəlcə dinc yolla baş verən daxili dəyişikliklər vətəndaş müharibəsi və xarici müdaxilə nəticəsində sona çatıb.
2. "Müasir problemlər" kateqoriyasında Kubanitas adlı fotoşəkil ("Cubanitas” ispancadan tərcümədə kiçik kubalı qız anlamına gəlir) təqdim edilib. Şəklin müəllifi Diana Markosyandır.
Kubanın Havana şəhərində Pura adlı yeniyetmə 15 yaşını qeyd etmək üçün ətrafında toplaşan insanların müşayiəti ilə 1950-ci illərə məxsus avtomobildə yol gedir. Qızların 15 yaş bayramı (və ya Kinsaanera) Latın Amerikasında valideynlər və qızlar üçün ən vacib gün hesab edilir. Bu günü təntənəli qeyd etmək üçün kasıb ailələr həyatları boyu pul yığmağa, əmlak satmağa və ya borc götürməyə məcbur olur. Latın Amerikasında qızlar üçün Kinsaanera təkcə adi doğum günü deyil, qadına çevrilmənin də simvolik elanıdır.
3. "Portretlər" kateqoriyasında 1-ci yer. Dakar moda, şəklin müəllifi Finbarr O'Reillidir.
Şəkildə sakinlər və bir küçə satıcısı Seneqalın paytaxtı Dakarın Mədinə məhəlləsində modellərin seneqallı dizayner Adama Parisin geyimlərini necə nümayiş etdirdiyini maraqla izləyirlər.
4. "Xəbərlər" kateqoriyasında 2-ci yer. "Suriya, çıxış yolu yoxdur", şəkillərin müəllifi Məhəmməd Bədrədir.
Keçən fevral ayında Suriyanın şərqi Quta bölgəsi iki gün bombalanmış və nəticədə yüzlərlə insan həyatını itirmişdi. Şərqi Quta Dəməşq yaxınlığında təxminən 400 min insanın yaşadığı bir şəhərdir.
Müharibədən əvvəl Qutanın əhalisi iki milyon nəfəri ötmüşdü.
2011-ci ildən başlayaraq Şərqi Quta bölgəsində Suriya silahlı müxalifəti ilə Bəşər Əsəd rejiminin qoşunları arasında və müxtəlif növ islamçı qruplar arasında dəfələrlə döyüşlər baş verib. Ancaq bu günə qədər Dəməşq bölgəsinə tam nəzarət ələ alınmayıb.
5. "Ətraf mühit" kateqoriyasında 1-ci yer. Akaşinqa ("Cəsur"), şəklin müəllifi Brent Stirtondur.
Qadağan edilmiş ovçuluqla mübarizə bölməsinin üzvü 30 yaşlı Petronella Çiqumbura Zimbabvenin Pxundun adlı vəhşi təbiət parkında təlim keçir. Zimbabvenin şimalında təbiət ovçuluq riski altındadır. Əsasən fillər və kərgədanlar bu cinayətin qurbanı olur. Çünki Asiya bazarlarında buynuz və fil sümüyü baha qiymətə satılır. Ötən il 30 mühafizəçidən ibarət qrup yeni bir mübarizə üsuluna başlayıb və bu bölmə yalnız hərbi təlim keçmiş qadınlardan ibarətdir.
6. "Təbiət" kateqoriyasında 2-ci yer. "Flaminqo", şəkil müəllifi Jasper Doestdir.
Flaminqo ayağındakı ağır yaraların müalicəsi üçün hazırlanan xüsusi corablara baxır. Quş qonşuluqdakı Bonair adasında bir neçə həftə yerli reabilitasiya mərkəzində saxlanıldıqdan sonra təyyarə ilə buraya gətirilib.
7. "Müasir problemlər" kateqoriyası, 2-ci yer. "Kolumbiya, yenidən doğuş", şəkillərin müəllifi Katalina Martin Çikodur.
Fotoda qucağında uşaq tutan kolumbiyalı Ancelinadır. Ancelina keçmiş partizandır. O, 11 yaşından etibarən uşaq sahibi olmağın qadağan edildiyi FARC adlı üsyançı hərəkatında iştirak edib. Amma hazırda övlad sahibi olaraq arzusunu gerçəkləşdirib.
8. "Müasir problemlər" kateqoriyasında 3-cü yer. "İran sərhədini keçməyi gözləyən əfqan qaçqınlar", şəklin müəllifi Enayat Asadidir.
Rəsmi mənbələrə görə, İranda bir milyondan çox qaçqın var (Rəsmi qeydiyyata alınmayanlar bu rəqəmə daxil deyil). Daha yaxşı həyat sürmək ümidilə onlar İran, Türkiyə və ya Yunanıstana keçməyə ümid etsələr də, çox vaxt qul ticarətinin qurbanı olurlar.
9. "Ətraf mühit" kateqoriyasında 3-cü yer. "Əldə qalanlarla yaşamaq", şəklin müəllifi Mario Kruzdur.
Şəkildə Filippinin Manila şəhərində ölü Pasiq çayının zibilləri üzərinə atılmış bir döşəyin üzərində uzanmış uşaq yatır. Çay 1990-cı illərdə ölü elan edilib. 2018-ci ildə burdan okeanlara zibil daxil olmasının qarşısını almaq məqsədilə təmizlik aparılıb.
10. "Təbiət" kateqoriyasıında 2-ci yer. " Bobla tanış olun ", şəkillərin müəllifi Jasper Doestdir.
11. "İdman" kateqoriyasında 2-ci yer. "Mən onun ağladığını heç vaxt görməmişəm", şəkillərin müəllifi -Maykl Hankedir.
Janek Safranek - Çexiya Republikası Paralimpiya xokkey komandasının kapitanıdır. 2003-cü ildə bir avtomobil təmiri sexində baş verən bədbəxt hadisədən sonra əlil arabasına məhkum olub. Amma bu uğursuzluq onun ruhuna təsir edə bilməyib. Safranek üç Paralimpiya Oyununun iştirakçısı olub, dağ velosipedi və boks yarışlarında ölkəsini təmsil edib.
12. "Portretlər" kateqoriyasında 3-cü yer. "Xəstə olduğum zamanlar", şəklin müəllifi Alena Koçetkovadır. Rusiyadan olan Alena Koçetkovanın şəkli bir avtoportret hesab edilir. Fotoda qızın önündə bir vaxtlar çox sevdiyi borş yeməyi var. Amma xəstəliyin ağrılarından yeməyə baxmaq belə istəmir.
13. "Ətraf mühit" kateqoriyasında 2-ci yer. "Tanrı balı" adlı şəkillərin müəllifi - Nadia Şira Kohendir. Meksikalı arıçılar arı yuvalarına baxırlar. Kənd təsərrüfatı Yukatan yarımadasının iqtisadiyyatında önəmli yerə sahibdir.
14. "Ətraf mühit" kateqoriyasında 2-ci yer. "Evakuasiya", şəkil müəllifi Ualli Skalidir. Şəkil 2018-ci ildə Malibuda yanğınlar zamanı çəkilib. Şəkildə evakuasiya edilmiş atlar bir dirəyə bağlanıblar. Ətrafa zəhərli yanğın qoxusu yayılıb.
15. "Vacib xəbərlər” kateqoriyasında 3-cü yer. "Təcili yardım bombası", şəkillərin müəllifi Endryu Quiltidir. Şəkillər yanvarın 27-də Kabildə (Əfqanıstan) təcili yardım maşınına qoyulmuş bomba partlamasından sonra çəkilib. Hadisə nəticəsində 103 nəfər həyatını itirib, 235 nəfər yaralanıb. Partlayış şəhərin mərkəzi küçələrindən birində nahar vaxtı baş verib.
16. "Təbiət" kateqoriyasında 1-ci yer. "Qurbağa ayaqlarının toplanması", şəkil müəllifi Bense Matedir. Ayaqları kəsilmiş qurbağalar yenidən suya atılıblar. Cəsədləri suda üzür. Qurbağa ayaqları yeməkdə istifadə edilmək üçün toplanır və baha qiymətə satılır.
17. "Təbiət" kateqoriyasında 3-cü yer. "Şüşə kəpənək", şəklin müəllifi Angel Fitordur. Fotoşəkildə təsvir edilən kəpənək dəniz heyvanlarının xüsusi bir növüdür. Həddindən artıq kövrək bədən quruluşuna sahib olduqlarına görə çox ehtiyatlı toxunuşda belə "qanadlarını" qatlaya bilərlər. Buna görə də bu formada fotoşəkil çəkmək çox çətindir.
18. "Portretlər" kateqoriyasında 1-ci yer. "İbeci torpağı", müəlliflər Benedikt Kurzen və Sni de Uilddir. Nigeriya (əsasən də yoruba xalqı) dünyada əkiz doğuş nisbətlərinin ən yüksək olduğu ölkədir. Məsələn, "Əkizlərin beynəlxaq paytaxtı" adlandırılan İqbo Ora şəhərinin cənub-qərbində demək olar ki, hər ailədə mütləq əkiz var. 2018-ci ildə şəhərdə 2 mindən çox cütlüyün qatıldığı əkizlər festivalı keçirilib.
19. "Portretlər" kateqoriyasında 3-cü yer. "Faller", şəkillərin müəllifi Luiza Derrdir. Şəkillərdə İspaniyanın Valensiya şəhərində keçirilən festival zamanı xüsusi geyimdə olan qadınlar göstərilir.
qadinkimi.com