BİLİM / DİN
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyonu ötüb. Tarix : 10 İyun 2020, 02:11

"Report” xəbər verir ki:

Dünyada yoluxanların sayı 7 milyonu ötüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

 

Qeyd edilir ki, COVID-19-un aşkarlandığı ölkələrdə təhlükəli virusdan 404 mindən çox insan ölüb.

Son məlumatlara əsasən, son bir gün ərzində COVID-19-a 108 918 yeni yoluxma qeydə alınıb, virus daşıyıcısı olan 3 539 pasiyent ölüb. Beləliklə, dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 7 039 918 təşkil edir. İndiyədək 404 396 insan pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

***


Rusiyanın paytaxtı Moskvada son bir gündə daha 56 nəfər koronavirusdan ölüb.

Bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.

 

"(Ölənlərin-red) ...hamısında pnevmaniya diqanozu təsdiqlənmiş, koronavirus testi müsbət nəticə vermişdi”, - deyə qərargahın xəbərində bildirilir.

Moskvada koronavirusa ümumilikdə 198 590 nəfər yoluxub, 109 737 nəfər sağalıb.


 ***

 

Gün ərzində Britaniyada daha 286 nəfər koronavirusdan ölüb.

Bu haqda "Daily Mirror” krallığın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Məlumata görə, bununla da pandemiya qurbanlarının ümumi sayı 40 883 nəfərə çatıb.

Ölkədə COVID-19-la bağlı 5,8 milyondan çox test aparılıb.

Qeyd edək ki, Britaniya dünyada koronavirus qurbanlarının sayına görə dünyada bir sıra ölkələri qabaqlayıb.

 

 ***

 


 

Fransada xəstəxanaların reanimasiya şöbələrində koronavirusa yoluxanların sayı azalaraq 1 000 nəfərə enib, hazırda 11,9 mindən çox insanın müalicəsi davam edir. 

 

 

***

 


 

 
Azərbaycanda yoluxanların 50 %-dən çoxu Bakıdadır.

 

 

 

"Artıq Bakıda koronavirusa yoluxma halı ölkə üzrə yoluxmanın 50 faizinin üzərindədir. Bu da yoluxma saylarının artması ilə əlaqədardır”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Sabunçu rayonunda bu göstərici 12.4%, Yasamalda 12.3%, Xətaidə 11.6%, Nəsimi rayonunda 11% təşkil edib.


 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı bu günkü test sayını açıqlayıb.

Bu gün ölkədə COVID-19-la bağlı 5 809 test aparılıb.

 

Bununla da ölkədə koronavirusla bağlı ümumi test sayı 349 200-ə çatıb. 


 


 

 
qadinkimi.com