Bu gün Beynəlxalq Feminizm Günüdü. Feminizm günü 60-cı illərdən aktivləşən qadın hərəkatları ilə hər il 30 may tarixində keçirilməyə başlandı.
Feminizm nədir?
Matriarxat (anaxaqanlıq) və feminizm qarışıq salınır. Anaxaqanlıq (ana və xaqan) ictimai-siyasi məsələlərdə qadınların üstünlük təşkil etdiyi cəmiyyətdir. Feminizm - dünya qadınlarının vətəndaşlıq hüququ uğrunda hərəkatdı. Bu hərəkat cinsinə görə cəmiyyətdəki diskriminasiyaya (ayrı-seçkiliyə) qarşı çıxır. Feministlər bir çox uğur qazanıblar: səsvermə hüququ, ali təhsil almaq, hamiləlik və doğuş seçimini kontrol etmək, işləmək, siyasətlə, professional idmanla məşğul olmaq və s. Bəs qadınlara daha nə lazımdı? Bu uğurlara baxmayaraq diskriminasiya çiçəklənməkdə davam edir.
Statistikaya görə analoji əmək haqqı kişilərlə tutuşdurmada 0,5%-dən 52,9%-dək aşağıdı. Məişət zorakılığı isə həll edilməmiş qalıb. Bir çox ölkədə məcburi nikahlar ənənəsi qalmaqdadı. Qadının seksual ekspluatasiyası (istismarı) isə kəskin şəkildə özünü göstərir. Bunu çoxu ümumiyyətlə cinayət hesab etmir. Hətta irəli gedib qurbanı da günahlandıranlar olur. Dünya Feminizm Günü hər il may ayının 30-u keçirilsə də, bu cür problemlər qalmaqdadı.
Bu gün təsadüfi seçilməyib. Kədərli tarixi var. Əfsanəfi Janna d'Ark 30 may 1431-ci ildə edam edilib.
Dünya Feminizm Günü bayramı boş yerdən yaradılmayıb. Qadın-kişi münasibətlərində tarixən haqsızlıqlar və ayrı-seçkiliklər mövcuddur.
Bu, bir çox sahədə baş verir: sosial, ailə, iş və s. Üstəlik, ayrı-seçkilik cinsi müstəvidədi. Cəmiyyətlərdə artıq "zəif cins" anlayışı oturuşub və möhkəmlənib. Bu heç də qadının təkcə fiziki gücü ilə bitən fikir deyil. Bu, qadının bir çox hüququna təsirini göstərir. Qadınlar özünü realizə etməkdə daha az imkanlara sahib olmaları ilə razılaşmağa məcbur qalırlar. Hətta bir çox halda bunu norma kimi qəbul edirlər. Belə münasibətlə və qadınların əzilməsi ilə mübarizə dünyada qadın hüquqları gününü təsis etməyə əsas verib.
ХХ yüzilliyin birinci yarısında qadınların hüququ uğrunda hərəkat başladı. Bu ideolojinin tərəfdarları da feminizm gününün yaradılmasında səy göstərdilər. Janna d'Arkın yandırıldığı günü dünyada feminizmin keçirilməsi kimi seçdilər.
Bu bayram necə keçirilir?
Bu, ənənəvi bayramlardan deyil. Masada tort, içki və meyvə görə bilməzsiniz, heç kim atılıb-düşmür, heç kim "Feminizmin sağlığına!" qışqırmır.
Konferensiyalar keçirilir, leksiya və seminarlar təşkil edilir, qadın hüquqları ilə bağlı danışılır, yazılır, sosial layihələr işlənir.
Tədbirlərdə ictimai xadimlər, hərəkatlar və siyasi partiyalar iştirak edir. Aktivistlər, xeyriyyə cəmiyyətləri hüquqları tapdanmış qadınlara yardım aksiyaları təşkil edir.
Dünyanı dəyişmiş qadınlar
Feminizmə qarşı olanların ən birinci arqumenti nədir?
Onlar kəşflərin, ixtiraların kişilər tərəfindən edildiyini deyirlər. Elm, sənət və siyasətdə kişilərin öndə olduğunu səsləndirirlər.
Belə çıxır ki, qadın heç nə bacarmır. Bu faktı - qadının təhsil almaq, hüquqlarını dilə gətirmək haqqını yaxın keçmişdə əldə etdiyini, - bir kənara qoyaq. Diqqətimizi başqa fakta kökləyək.
Dünyanı dəyişən qadınlar kimlərdi? Onlar az deyil.
* Mariya Sklafovskaya Küri - Dünyada İlk dəfə iki Nobel mükafatı almış alim, kimya və fizika sahəsində kəşfləri ilə tanınır. Radium elementini kəşf edib. Araşdırmaları radioaktivlik sahəsi ilə bağlıdı.
* Valentina Tereşkova - ilk qadın kosmonavt, uçuşu tək edib.
* Eliza Zimfiresku - ilk injener qadınlardan biri. Onun tədqiqatları sayəsində yeni təbii yanacaq mənbələri: kömür və qaz yataqları tapılıb.
* Tereza Ana-yoxsul və köməksiz insanlara yardımına görə Nobel mükafatı alıb.
* Ana Aslan - herontoloqiya üzrə araşdırmaçı. Artritə qarşı preparatı və uşaqlarda əqli çatışmazlığı müalicə edən Aslavitalı yaradıb.
* Ada Lavleys - ilk britaniyalı riyaziyyatçı və tarixdə ilk proqramçı
* Hedi Lamarr - Hollivud aktrisası. Təkmilləşdirilmiş işıqfor, adi suyu qazlı suya çevirən lövhə yayılma spektrinin radio ilə nəzarət olunan torpedolarda istifadə olunması məqsədilə tezlik tullanmalı yayılma spektrini ixtira edərək. Çağdaş Wi-Fİ-ın həmmüəllifi sayılır.
* Stefani Kvolek - kevlar adlı yüksək davamlılığı olan sintetik lif icad edib. İstehsalatın bir çox sahəsində, bir çox material və əşyaların o cümlədən gülləkeçirməz jiletlərin hazırlanmasında istifadə edilir.
Mariya Küri
Valentina Tereşkova
Stefani Kvolek
Hedi Lamarr