YAZI / DÜŞÜNCƏ
Dostoyevskidən ən yaxşı 22 sitat Tarix : 28 Noyabr 2022, 17:22
Yazar : Qadinkimi.com
Fridrix Nitsşe təsirləndiyi, hardasa öz müəllimi də saya biləcəyi tək müəllif-psixoloqun Dostoyevskiy olduğunu etiraf edib.
 


Fyodr Dostoyevskinin 22 ən yaxşı sitatını oxuyaq:

1. Sizə ehtiyacı olanlar üçün yaşayın. Tam güvəndiyiniz insanla dost olun. Kiminlə xoşdur onunla ünsiyyət qurun və sizə dəyər verənlərə minnətdar olun. 

2. Ortada sevgi varsa, ər-arvad arasında baş verənləri kimsə bilməli deyil. Anlaşmazlıqlar, mübahisələr yaransa da, qərar vermək üçün kimdənsə məsləhət almaq, olanları danışmaq, doğma ana-atanın belə məsələyə qarışmasına  yol vermək olmaz. Hər kəs özü özünün hakimidir. Sevgi ilahi sirrdir və baş verənlər kənar gözlər üçün gizli qalmalıdır. 

3. Pis anlarla yaddaşınızı doldurmayın, yoxsa gözəl anlara yer qalmaz.

4. İnsan həqiqətən istədiyi hər şeyə zaman tapır.

5. Günəşin bircə şüasının belə insan ruhunda etdikləri inanılmazdır.

6. Ruh uşaqlarla şəfa tapır.

7. Sənin üçün hər şeyə hazır olan insanları incitmə.

8. Zamanla sənə doğru addım atmayan insanlara çatmaq üçün yol getməkdən yorulursan.

9. Bir gün həyatına öncəkiləri toza çevirəcək yeni bir ad gələcək.

10. Həyatı mənasından daha çox sevmək gərəkdi.

11. Soyuqluq etsən, insanları yaralayarsan; Həssas olsan, onlar səni yaralayar.

12. İnsanların çoxu bu üç şeydən qorxur: güvənmək, doğrunu demək və özün olmaq.

13. İnsan – ağıllıdır, lakin ağıllı hərəkət etmək üçün tək ağıl kifayət etmir.

14. Bir insanı məhv etmək üçün çox şey lazım deyil: Onu gördüyü işin heç kimə lazım olmadığına inandırsalar, bəs edir.

15. Heç kim ilk addımı atmaz, çünki hər kəs bunun qarşılıqlı olmadığını düşünür.

16. Hər şeydə keçilməsi təhlükəli olan bir cizgi var, bunu adladıqdan sonra geri qayıdış mümkün deyil.

17. Həyat məqsədi olmadıqda boğulursan.

18. Fayda vermək istəyən, əlləri bağlı olsa belə çoxlu yaxşılıq edə bilər.

19. Məqsədə doğru yol almısansa, yol boyu dayanıb hər hürən itə daş atmağa çalışsan, məqsədinə heç vaxt çatmayacaqsan.

20. Böyüklər bilmir ki, uşaq, hətta ən çətin işdə belə, olduqca vacib məsləhət verə bilər. 

21. Hər birimiz bağlıyıq. Kiməsə... Və ya kimsə tərəfindən..

22. Həyatda hər şey keçicidi. Hər şey yaxşıdırsa, zövq al, bu, sonsuzadək davam etməyəcək. Hər şey bərbaddırsa, üzülmə, bu da həmişəlik deyil. 



Sizin üçün sevgiylə...
 
 

 
qadinkimi.com