Doris Lessinq (1919 - 2013) - İngilis yazıçısı və 2007-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibidir. Onun həyatı (eyni zamanda fəaliyyəti) olduqca əzablı və fərqli yollardan keçib. İranda anadan olub, amma uşaqlığını Afrikada keçirib. Həyatının bəzi illərində kommunizm və sufizmlə maraqlanıb. Feminist olub.
Onun Nobel mükafatına layiq görülməsi ictimaiyyət üçün gözlənilməz oldu. Çünki o, hər şeydən əvvəl fantastik ədəbiyyatın müəllifi kimi tanınırdı (Mükafat Komitəsi onu çox sevməz və təqdir etməzdi). SSRİ-də onun əsərləri hələ 50-ci illərdə həm ayrı-ayrı cildlərdə, həm də antologiyalarda nəşr olunmağa başladı.
Yazıçının ən məşhur əsərləri "Marta Kvest”, "Beşinci uşaq”, "Ben insanlar arasında” romanları, həmçinin "Kanopus Arqosda” adlı fantastik silsilə kitablarıdır.
Dorisin əsərlərindən 15 sitat:
Dediklərimiz adətən düşündüklərimizin çox az hissəsidir... "Marta Kvest”
İnsanların beyinləri ailənin həyatda ən yaxşı şey olduğuna inamla doldurulub... "Beşinci uşaq"
İnsanlar bənzərlikləri həmişə mümkün olmayan yerlərdə axtarmağı sevirlər... "Nənələr”
60-cı illərdə hökm sürən acgöz və eqoist ruhun hər addımda sənin ən yaxşı cəhətlərini lənətləməsi, rədd etməsi və tapdaması qarşısında özünə inamı saxlamaq çox çətin idi. ... "Beşinci uşaq”
İnsanın fikir və fantaziyalarına baxıb onun haqda rəy vermək olar. "Sevgi, yenə də sevgi"
Onlar bir-birindən aralı yatırdılar. Ancaq aralarındakı boşluq artıq qəzəblə dolu deyildi. "Beşinci uşaq"
Ədəbiyyat öyrənən tələbələrin vaxtı hekayələr, şerlər, roman və tərcümeyi-hallar haqda tənqidi fikirləri oxumağa daha çox gedir, bununla yanaşı, tənqidi rəylər haqda tənqidi rəyləri oxumaq da vaxtlarını aparır. Çox adam bu vəziyyəti nə kədərli, nə də gülünc, olduqca normal qəbul edir ... "Qızıl dəftər"
Həyatımız boyunca hərəkətlərimizi və hisslərimizi qiymətləndiririk, ölçüb-biçirik, müqayisə edirik... amma hamısı lazımsızdır.Bugünkü gözlə qiymət verdiyimiz düşüncə, hiss, hərəkətlərimiz sonradan tamamilə fərqli rəng alır... "Qürub çağından əvvəlki yay"
İnsanın yaşadığı böhran eynən xalqlarda olduğu kimi keçmişə çevrildikdə doğru qavranılır. "Ot ifa edir”
İnsan bir şeydən üz döndərirsə, başqa şeyə üz tutmağa məcbur olması qaçılmazdı. "Marta Kvest”
Biz onda hökuməti dəyişmək yox, onun varlığını unutmaq istəyirdik. "Həyatda qalanların xatirələri”
İnsan haqlı olmaq haqqı üzərində təkid edirsə, burda yekəxanalıq var. "Qızıl dəftər”
Əsl intellekt fahişəsi jurnalist yox, tənqidçidir. "Qızıl dəftər”
Həyatdan zərbələr almış böyüklər və yaşlılar üçün yaşamağın niyə kədərli olduğunu soruşan gənc idealistlərin təzyiqinə qarşılıq vermək çətin olur. "Böyük xəyallar”
Xaltura həmişə qalib gəlir, yaxşını və yaxşılığı sıxışdırır. "Sevgi, yenə də sevgi”
Qadinkimi.com