BİLİM / DİN, QADIN / KİŞİ
Dəyişikliklər həm qadınlara, həm də cəmiyyətə faydalı olar Tarix : 22 Fevral 2021, 02:23

Yer üzündə hamiləliklərin üçdə biri planlaşdırmadan baş verir. Görəsən, qadınlar hansı yaşda və kimdən hamilə qalmağa özləri qərar verə bilsəydilər, dünya hansı şəklə düşərdi?

Min illər boyu cəmiyyət qadınları kişidən aşağı varlıq hesab edib.

Alimlər də (Tarixən belə gətirib ki, onların hamısı kişi olub) dünyaya həmişə bu prizmadan baxıblar - məsələn, heyvanların çoxalması prosesini istisnasız olaraq erkəklərin nümunəsində araşdırıblar.

"Bir vaxtlar hesab edilirdi ki, qadın spermatozoidlərin dolaşdığı passiv orqandır, yumurtalığınsa bu prosesdə, demək olar, heç bir rolu yoxdur. Düşünürdülər ki, hər şey spermadan, yəni kişidən asılıdır" - Kraystçerçdəki (Yeni Zenlandiya)Otaqa Universitetinin əməkdaşı, araşdırmaçı Patris Rozenqreyv belə deyir

 

indi qadınlar nizamlı hamiləlik, həblər və bəd ayaqda abort kimi geniş müdaxilə imkanlarına malikdirlər.

Amma bu vasitələr heç də hər yerdə əlçatan deyil və heç də hamı tərəfindən bəyənilmir. Mədəni, dini və ya sırf şəxsi səbəblərə görə qadınlar bu və ya digər üsulu məqbul hesab etməyə bilirlər.

Məqbul hesab edənlərinsə çox vaxt onları əldə etmək imkanı olmur: inkişaf etməkdə olan ölkələrdə və dünyanın geridə qalmış bölgələrində doğuma nəzarət vasitələri qadınlar üçün əlçatmazdır. Bundan başqa, elə ölkələr var ki. orda abort qanunla qadağan edilib.

Məsələn, ABŞ-ın bəzi ştatlarında aborta icazə verilmir, Şimali İrlandiyada isə ciddi məhdudiyyətlər var.

Ancaq dünyanın hər yerində qadınlara doğuşa nəzarət vasitələrindən məhdudiyyətsiz istifadə hüququq verilsə belə, bu vasitələr həmişə effektli olmur.

Bəzən kontraseptivlər təsir etmir; seks sənayesinin işçilərinə prezervativlərdən istifadə etməyə icazə verilmir; kişilər qadınlara təcavüz edir; bəzi qadınarsa necə və neçə dəfə sekslə məşğul olmalarına özləri qərar vermirlər.

Görəsən, qadınlar sehrli bir çubuqla nə vaxt və hansı yaşda, həm də kimdən hamilə qalmağı seçə bilsəydilər necə olardı?

İlk və ən bariz nəticə, əlbəttə ki, təsadüfi hamiləliklərin bitməsi olardı.

Demək olar ki, bütün dünyada müxtəlif səbəblərə görə qadınlar getdikcə daha az uşaq doğur. Buna baxmayaraq 2012-ci ildə 85 milyon hamiləliyin 40%-i planlaşdırılmamış baş verib.

Bəzi ölkələrdə isə (məsələn, ABŞ-da) faiz daha yüksəkdir - illik 6 milyon hamiləlik faktının 45%-i.

 

Amma elə zaman gələcək ki, qadınlar daxili rahatlıq tapacaqlar.

"Onların bədəni orqanizm üçün son dərəcə dağıdıcı proses olan hamiləliyə təsadüfən yaxalanmayacaq" - qadın haqları, seksual və reproduktiv sağlamlıq üzrə müstəqil məsləhətçi Karen Nümen (London) belə deyir.

Onda kontraseptivlərə pul xərcləmək lazım gəlməyəcək, onların yan təsirləri də aradan qalxacaq.

Məsələn, 500 milyona yaxın qadın hamiləliyə qarşı həb qəbul edib. Bəziləri depressiyaya düşüb, həyacan keçirib, miqrendən əziyyət çəkib, bəzilərində hətta tromb əmələ gəlib.

Sterilizasiya isə (kontrasepsiyanın ən populyar növü) ciddi fəsadlara və hətta ölümə səbəb ola bilir.

Arzuolunmaz hamiləliklərin olmaması abortların da sayını azaldacaq. Bunu həm abortların qadağan edilməsinə çalışanlar, həm də seçim azadlığını müdafiə edənlər nəzərə almalıdır.

Bundan başqa, qadınların həyatı daha təhlükəsiz olacaq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 25 milyon qadın qeyri-professionallar tərəfindən, təhlükəli və antisanitar şəraitdə abort edilir.

Belə əməliyyatlar ciddi fəsadlara gətirib çıxarır və onların aradan qaldırılmasına hər il 533 milyon dollar xərclənir. İl ərzində baş verən ölümlərin 13%-inin səbəbi məhz anormal abortlardır.

Çavkin deyir ki, "Abortların təhlükəsiz olduğu Qərbdə bizim hipotetik təsvir etdiyimiz situasiya cəmiyyətin sağlamlığına ciddi səviyyədə təsir etməz".

"Ancaq Afrika və Latın Amerikası ölkələrində belə deyil.

Onu da qeyd etmək lazımdır ki, abortlar tam aradan qalxmayacaq. Niyə?

Çünki planlaşdırılmış hamiləlik yalnız döl yaratmaq anından ibarət deyil. Sonrakı doqquz ay ərzində qadına elə diaqnoz qoyula bilər ki, bu onun hamiləliklə bağlı qərarına təsir edər.

Məsələn, döl elə inkişaf edər ki, uşaqlıqdan kənarda yaşaması mümkün olmaz. Ya da qadında elə bir xəstəlik aşkar olunar ki, doğuş ölüm təhlükəsi yaradar.

Nəhayət, həyat şərtləri dəyişə bilər - qadın işsiz qala bilər, əri və ya partnyoru onu dəstəkləməkdən vaz keçər.

 

 

 


 


Yer kürəsində əhalinin sayı artmaqda davam etsə də, demək olar ki, bütün ölkələrdə qadınlar əvvəlkinə nisbətən daha az uşaq dünyaya gətirirlər

Doğuş faizi azala bilər, ancaq bu o demək deyil ki, dünya əhalisinin artımı qəflətən dayanar (İndiki templə 2100-cü ildə yer kürəsində 10,9 milyard insan yaşayacaq).

Qadınlar əvvəlki kimi bir neçə qız və oğlan doğmaq istəyə bilərlər, həm ailədən çox uşaq tələb edən cəmiyyətlərin mentalitetini dəyişmək də asan məsələ deyil.

Ancaq bütün müsbət cəhətlərə baxsaq, məlum olar ki, nəzəri bəhs etdiyimiz dəyişikliklər həm qadınlara, həm də cəmiyyətə faydalı olar.

 

 

                             (mövzunun davamı var) 

 

 

qadinkimi.com