"Çox sayda qadının yaxşı təhsil almasına, karyera qurmasına və sairəyə mane olan əsas səbəbi - daim doğmağı aradan qaldırsanız, dünya onlara heç vaxt açılmadığı qədər açılacaq" - London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Süzanna Meyhyü belə deyir.
Onun sözlərinə görə, daha çox təhsil alan, işlərində böyük uğurlar qazanan qadınlar dünyanın, xüsusən inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının daha sabit templə böyüməsinə kömək edərlər.
Həqiqətən də, bu gün doğuş səviyyəsini azaltmadan böyük iqtisadi nailiyyətlər əldə etmiş ərəb ölkələri buna ancaq neft sayəsində nail olublar.
Yaxşı təhsil almış, professional uğurlara imza atmış qadınların ictimai sferaya çıxışı artsa, ənənəvi olaraq kişilərin ixtiyarında olan rollara onlar da şərik çıxar. Bu isə yaşadığımız dünyanın radikal şəkildə dəyişməsinə gətirib çıxarar.
Bir çox ekspertə görə
"Biz daha daha mərhəmətli, daha sülhpərvər və həyatdan razı cəmiyyət qazana bilərik. Elə bir cəmiyyət ki, əsas məqsədi mümkün qədər çox pul qazanmaq və ya mümkün qədər çox nüvə silahı əldə etmək olmayacaq" - Mehyü belə deyir. O, qadın liderlərin empatiya qabiliyyətini və ictimai dəyərlərə üstünlük verdiklərini ortaya qoymuş genişmiqyaslı bir araşdırmanın nəticələrinə əsasən bu qənaətə gəlib.
Nə vaxt və kimdən uşaq doğmağı özləri müəyyənləşdirən qadınlar arzuladıqları səviyyədə təhsil alıb istədikləri işlərdə çalışacaqlar.
Ola bilsin, biz qadınların daha yetkin yaşlarda doğmaq istədiklərini görəcəyik. Çoxları artıq belə davranır. Gənc ikən doğmağın vacibliyini diqtə edən çoxəsrlik təzyiq də azalacaq.
Əlbəttə, bu qadınlara təhsil almaq və karyera qurmaq planlarını reallaşdırmaqda kömək edəcək, ancaq onu unutmaq olmaz ki, doğmağı 40-50 yaşlara qədər təxirə salmaq Daun sindromlu uşaqların çoxalmasına gətirib çıxara bilər - Meyhyü belə deyir.
O həmçinin qeyd edir ki, yeniyetmə yaşlarında doğmaq bunu 40 yaşında etməkdən daha təhlükəlidir; həm də 40 yaşlı ana həm maddi, həm də mənəvi baxımdan öz uşağına daha çox şey verə bilər.
Bizim bu xəyali eksperimentimizi ekstremal həddə çatdıraqmı? Bəzi dişi heyvanlarda olan xüsusiyyətlər qadınlar da olsa, necə olar? Məsələn, partnyorlarının spermalarını fərqli yerlərdə saxlayıb sonra ən layiqlisini seçsələr?
Bu, hər iki tərəfin razılığıyla bağlı ciddi etik suallar yaradar və yəqin ki, seksual partnyorunun hamiləliyi məsələsində kişilərin hüquqlarıyla bağlı mübahisələri qızışdırar.
Eyni zamanda, ən yüksək keyfiyyətli donor (intellektinə, xarici görünüşünə və ya hansısa başqa xüsusiyyətinə görə) hesab olunan kişilərin spermalarını əldə etmək üçün rəqabət başlayar.
"Ola bilsin, bəzi qadınlar hesab edəcək ki, uşaqlarının atası olacaq yaxşı bir namizəd həmişə tapılar" - Qərbi Avstraliya Universitetinin (Pert) əməkdaşı, təkamül bioloqu Rene Ferman belə hesab edir.
ŞƏKLİN MƏNBƏYİ,GETTY
Bütün dünyada qadınları kişilərə bərabər tutmayana qədər çətin ki, qadının kimdən nə vaxt hamilə qalmaqməsələsinə tam nəzarət etdiyi cəmiyyəti görə bilək.
Bu fantaziyaları bir kənara qoyub reallığa qayıdanda çox aydın görünən bir həqiqətlə üzləşirik: qadınların nə vaxt və kimdən hamilə qalmaq azadlığının olacağı dünyadan çox uzağıq. Çünki biz hətta qadınlarla kişilərin bərabər olduğu dünyadan da uzağıq.
Meyhyü belə hesab edir ki:
"Bəhs etdiyimiz dəyişikliklər hətta varlı ölkələrdə də mövcud status-kvodan radikal səviyyədə uzaqlaşmağa səbəb olar. Bunun üçün bütövlükdə cəmiyyətin dünyagörüşü dəyişməlidir. Belə prinsipial dəyişikliyi təsəvvür edə bilməmizin çətinliyi həm çox kədərli, həm də çox bariz əlamətdir".
qadinkimi.com