DƏB VƏ BAXIM, HƏR ŞEY / HEÇ NƏ
Dərman bitkiləri və onların istifadə qaydaları barədə məlumat verəcəyik Tarix : 11 May 2022, 16:25

Azərbaycanın coğrafi mövqeyindən tutmuş iqlimi, yeraltı və yerüstü sərvətlərlə zəngin olması Tanrının bir lütfüdür. Bu gündən etibarən sizlərə dərman bitkiləri və onların istifadə qaydaları barədə məlumat verəcəyik.

 


ZƏNCİROTU

 


İki növü bizi əhatə edən mühitdə hər yerdə bitir: qara və mavi zəncirotu.

Rozet gövdəyə(qısalmış)-yerə sərilmiş, yarımlı lələkvari yarpağa malikdir. Mürəkkəbçiçəklilər fəsiləsindən olub sarı səbət çiçəkləri var. İldə iki dəfə-erkən yazda və payızda intensiv çiçəkləyir.

 

 Zəcirotu (hindiba) bitkisinin faydaları » AzadQadin.Az - Qadın İnformasiya Portalı


Bu bitkinin kökü,yarpaqları və çiçəkləri, hətta çiçək saplaqları belə müalicəvi əhəmiyyətə malikdir.

Günəşli quru havalarda gündüz saat 12-yə qədər toplanması məsləhətdir. Avtomobil yollarının kənarındakı zolaqlardan, ekoloji cəhətdən çirkli ərazilərdən (təyyarələrin çox uçduğu, radioaktiv tullantılar olan) toplamaq məsləhət deyil.

Çiçəklərindən zəncirotu balı hazırlanır. Ləçəkləri toplayıb 1 kq ləçəyi 1l suda 10 dəq qaynadıb, soyuyandan sonra süzürük. Sonra 1 kq şəkər tozu əlavə edib 30 dəq qaynadırıq. Hazır olmasına 2-3 dəqiqə qalmış 1/2 çay qaşığı limon duzu əlavə etməyi unutmayın. Qatılaşmış balı qablaşdırırıq.

Səhər ac qarına 1 çay qaşığı yemək olar. İmmuniteti artırır. Xolesterolu aşağı salır, qanda şəkəri tənzimləyir.

 

 Çox faydalı bal əvəzi Zəncirotu mürəbbəsi. - YouTube


Diabet xəstələri 7-10 gün ərzində gündə 6-10 ədəd cavan çiçək saplaqlarını yesələr, qanda şəkər tənzimlənər.

Yorğunluğu aradan qaldırır, fiziki gücü bərpa edir.Bunun üçün 5-6 saplaq yemək kifayət edir. İmmuniteti yüksəltmək məqsədilə 14 gün ərzində 6-7 ədəd saplaq yemək məsləhətdir. Bir qədər acılığı olduğu üçün çeynəyib ata da bilərsiz. Əsas şirəsini udun.

Mədə üçün detoks sayılır.

Saplağı qopartdıqda çıxan südü vücuddakı ləkələrə sürtməklə onları aparmaq olur.

Yaşıl yarpaqlarını toplayıb yaş və quru halda istifadə etmək olar.

Yaşıl yarparların üzərinə qaynar duzlu su töküb bir qədər saxlayıb salat kimi yemək olar.

Qurudub il uzunu dəmləməsini içmək məsləhətdir.

Hepatit, qastrit, xolesistit, pankreatit və oynaq xəstəliklərində şəfaverici gücə malikdir.

Köklərini toplayıb, yaxşıca yuyub qurutduqdan sonra əl dəyirmanında üyüdüb toz halına salırlar. Buna zəncirotu qəhvəsi də deyilir .Qəhvə kimi dəmləyib içirlər.

Güclü ödqovucu təsirə malikdir. Öd daşlarının əmələ gəlməsinin qarşısını alır. Bədən şişkinliyini aradan qaldırır.

Beləliklə, ümumiləşdirmə aparsaq görərik ki, zəncirotunun quru və yaş halda bütün hissələri şəfaverici gücə malikdir. Onu evimizdə aptek də adlandıra bilərik. Qaraciyərin dostu da deyilir.

-Qaraciyər piylənməsinin qarşısını alır

-Qaraciyər iltihabında,hepatitdə istifadə olunur

-Ödqovucudur

-Öddaşlarının əmələgəlməsinin qarşısını alır.

-Bədən şişkinliyinin qarşısın alır.

-Xolesistit, qastrit, oynaq xəstəliklərində, dəri problemlərində məsləhətdir,

-Qanda şəkərin miqdarını tənzimləyir.

Çox mühüm xüsusiyyətlərindən biri də odur ki, xərçəng hüceyrələrini məhv edir.

Əgər məlumatımız sizə gərəkli olarsa, məmnun qalarıq.

 

 


Çalışın xəstələnməyin!

 

 

 


 

Cəmalə İbrahimova

qadinkimi.com