BURA / ORA
“Dəmir qadın” Neslican Tayın xatirəsinə heykəl qoyulub Tarix : 17 Noyabr 2019, 11:25
Yazar : Qadinkimi.com

Xərçəng xəstəliyindən həyatını itirən 20 yaşlı Neslican Tayın xatirəsinə Bodrumda bələdiyyənin həyətinə heykəli qoyulub.


Bodrumlu hekəltaraşlar Mustafa, Kadir və Mehmet İşeri adlı qardaşlar hazırladıqları heykəli Bodrum bələdiyyəsinə hədiyyə ediblər. 

 



Bunun üçün qardaşlara təşəkkür edən bələdiyyə rəhbəri Ahmet Aras Neslican Tayın ümid və əzm dolu həyat mübarəzisəninin milyonlarla insana, xüsusilə də xərçəng xəstələrinə ilham olduğunu bildirərək "Onun xatirəsi ilə mübarizəni davam etdirən hər can üçün hər zaman minnətdar olacaq, onu əsla unutmayacağıq” deyib.

 

Uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan Neslican Tay "Həyatınızı sevin. Özünüzü sevin. Bədəninizi sevin. Ruhunuz başqa bir bədəndə tapılmayacaq. Saçlarınızı, boyunuzu, çəkinizi sevin. Mənim üçün sol ayağınızı da sevin” ifadələrini səsləndirmişdi.


Onu da qeyd edək ki, sol ayağının protez olmasına görə, Neslican Tay özünü "dəmir qadın” adlandırırdı. Boğaziçi universitetinin Psixologiya bölümünün tələbəsi olan Neslican Tay sentyabr 20-də həyatını itirib.

 

 


qadinkimi.com 



qadinkimi.com