BURA / ORA
Daun sindromluların çalışdığı restoran “Brüsselin ən yaxşısı” seçilib FOTO/VİDEO Tarix : 19 Dekabr 2019, 12:35
Yazar : Qadinkimi.com
Belçikanın paytaxtı Brüsseldə bir il yarımdır ki, xidmət göstərən "65 dərəcə” (65 degrees) adlı restoran vətəndaşların böyük rəğbətini qazanaraq dünyanın ən nüfuzlu səyahət səhifələrindən olan "Tripadvisor”da Brüsselin ən yaxşı restoranı seçilib. Restoranın ən önəmli xüsusiyyəti işçilərinin əksəriyyətinin daun sindromlu insanlardan ibarət olması və ayrıca qastronomik yeməklər də təqdim etməsidir.
 

 
Turistlərin çox olduğu Luis küçəsində yerləşən restoranın ortaqlarından olan Adelaide "Belçikada min nəfərdən biri Daun sindromunu daşıyır, bir çox insan yüngül və ya ağır əngəllər ilə mübarizə etməyə çalışır. Bu insanları iş həyatında görə bilmirik” deyir. O, sözlərinə bu fikirləri əlavə edib: "Hər kəs burada çalışdığı üçün çox xöşbəxtdir. Normal bir şirkətdə bunu etmək çətindir. Komandamız çox güclüdür. Buna görə də şanslıyıq”.
18-34 yaş arasında olan 16 nəfərlik işçi heyətinin 12-si əlildir. 
 


34 yaşlı Daun sindromlu Meri-Sofi: "Bir ildir ki, burada çalışıram. Çox məmnunam. Otizmli və ya daun sindromlular buraya gəlib bizimlə çalışa bilərlər” deyib. 

Adelaide "Tripadvisor”da birinciliyi qorumağın həddən artıq çətin ola biləcəyini bildirib. 


Mənbə: euronews.com
qadinkimi.com