Zodiak işarələrinin taleyindən
Avqustun 23-də yerli vaxtla saat 00:48-də Günəş Qız bürcünə daxil olacaq. Ulduzlar sistemində 6-cı yeri tutan bu bürc təxminən 30 günü əhatə edir. Ünsürü torpaq, planeti Merkuri, sevimli rəngi açıq sarı, düşərli daşı sardoniks, uğurlu günü çərşənbə, ağır günü cümə axşamı, magik rəqəmi 3-dür. Qədim babillər bu Zodiakı qızmar yayla qızıl payız arasında dayanan müqəddəs adam hesab edirdilər. Bürcün əsl adı astroloji mənbələrdə "İlahə” kimi göstərilir. Hətta rus dilində işlədilən "Deva” ifadəsi də qız mənasını vermir. Göy qübbəsindən alınmış təsvirdə də bürc "qanadlı qız” kimi göstərilir. Bu bürcün müəyyən cizgiləri başqa Zodiak işarələrindən köklü fərqlənir.
Sakinləri əksər hallarda xoşagəlməz adam təsiri bağışlasalar da, pak və xeyirxah olurlar. Belələri nadir hallarda böyük iddialarla yaşayır. Qız bürcü insanları işgüzarlığı ilə seçilir, məsuliyyətlərdən qaçmır, əksinə özləri üçün yeni vəzifələr yarada bilərlər. Onları azacıq həvəsləndirmək kifayətdir ki, dağı dağ üstünə qoysunlar. Əməksevər və ən ağır işlərdən belə qorxmayan bu insanlar prosesləri dəqiqliklə analiz etməyi və hamıdan tez nəticə çıxarmağı ustalıqla bacarırlar. Yəqin bu səbəbdən də dünya nücum elmi daxili intuisiya və ədalətli qərar çıxarmalarına görə onları 12 bürc arasında ən ağıllısı hesab edir. Bəli, yanlış oxumadınız, Qız bürcünün ən nəzərəçarpan xüsusiyyəti ağıllı olmasıdır. Ən az cinayət törədən və həbsxana həyatı yaşayanlar da məhz Qızlardır.
Qızlar hər şeyi səliqəli, simmetrik bir şəkildə yerləşdirməyi sevirlər. Rəng uyğunluğuna, nizama son dərəcə önəm verirlər. Bəzən hətta kitabları belə mövzularına uyğun olaraq yerləşdirirlər. Yaşadıqları ev hər zaman təmizlik qoxusu ilə dolu olmalıdır. Belə bir evə qonaq getdiyiniz zaman o evin sahibinin Qız bürcü olduğunu asanlıqla anlaya bilərsiniz. Qarışıqlığı qətiyyən sevmirlər. Mükəmməlliyə önəm verirlər. Etdikləri hər işin maksimum ideal səviyyədə olmasını istəyirlər.
Qədim hind və Tibet astrologiyasında həssaslıqlarının yüksək olmasına görə onlarda öncəgörmə, magik güc, telepatik qabiliyyətinin mövcudluğunu bildirirdilər.
Bu bürcdən olanlar başqalarına nisbətən daha çox güzəştə gedir, ətrafında olanlarla hesablaşmağı bacarır, yalnız reallığa qiymət verir və heç bir hadisəni dərindən tədqiq etməmiş qəti söz demirlər. Qızlarda müəmmalı və ya qapalı heç nə yoxdur. Düz, hamar xarakteristikaya malik insanlardı. Amma bəzən anlamsız, təəccüb doğuran hərəkətlərə yol verməklə sadəlövh imici də qazanırlar. Başqalarının sirrini saxlamaqda mahir olsalar da, özləri ilə bağlı çox da sirr saxlamazlar. Qızlar bürclər arasında ən güvən və hüzur verən insanlardır. Dəstəyə, güvənməyə ehtiyacı olan hər kəsin ona da ehtiyacı var deməkdir. Bu bürcdən olanlar nə Dolçalar kimi romantik və xəyalpərvər, nə də Buğalar kimi realistdirlər. Və sanki bu iki yolun ayrıcında dayanırlar. Qərb astrologiyasına görə, daim istirahətsiz işləyən bu adamların fəaliyyət dairəsi məhduddur. Bütün bunları nəzərə alıb belə qənaətə gəlmək olar ki, onlardan təşkilatçı və ya böyük siyasətçi az-az yetişir.
Adətən, Qızlar sevgi məsələlərində problemsiz keçinmirlər. Bu sahədə onları başa düşmək çətin olur. Münasibətlərindəki ən xırda detallarda ilişib qala bilərlər. Detallara əhəmiyyət vermək onların ən bilinən cəhətlərindən biridir. Əgər tərəf-müqabillərindən kifayət qədər qayğı və mərhəmət görməsələr, daxili sarsıntılara məruz qalıb ruhdan düşürlər. Münasibətlərində aydınlıq, mükəmməllik və dürüstlük axtarırlar. Astrologiyada ən ideal məhəbbət də məhz Qız bürcü ilə Buğa bürcü arasındakı izdivac sayılır. (Əksər hallarda gərək kişi Buğa, qadın Qız olsun).
Bu Zodiak yola saldığımız Şir bürcündən əsaslı fərqlənir. Belə ki Qız bürcünün bərqərar olduğu dövrdə əzilənlər oyanır, məzlumların haqq səsi yüksəlir, maddi rifah əvvəlki bürcə nisbətən dirçəlməyə başlayır.
Məşhur "qızlar”; Üzeyir Hacıbəyov (18 Sentyabr 1885), Müslüm Maqomayev (baba), (18 Sentyabr 1885), Yusif Vəzir Çəmənzəminli (12 Sentyabr 1887), Əhməd Bakıxanov (5 Sentyabr 1892), Vəfa Fətullayeva (25 Avqust 1945), Arif Məlikov (13 Sentyabr 1933), Səyavuş Aslan (5 Sentyabr 1935), Yaşar Nuri (3 Sentyabr 1951), Çingiz Mustafayev (29 Avqust 1960), Brilliant Dadaşova (15 Sentyabr 1965), Mehriban Əliyeva (26 Avqust 1964), Maykl Cekson (Michael Jackson - 29 Avqust 1958), Fredi Merkuriy (Freddy Mercury - 5 Sentyabr 1946), Beyons (Beyonce - 4 Sentyabr 1981), Xulio İqlesias (Julio İglesias - 23 Sentyabr 1943), Mark Entoni (Marc Anthony 16 Sentyabr 1968), Pink (8 Sentyabr 1979), Sofi Loren (Sophia Loren - 20 Sentyabr 1934), Salma Hayek (2 Sentyabr - 1966), Kameron Diaz (Cameron Diaz - 30 Avqust 1972), Qreta Qarbo (Greta Garbo 18 Sentyabr 1905), İnqrid Berqman (İngrid Bergman - 29 Avqust 1915), Riçard Gir (Richard Gere - 31 Avqust 1949), Hyu Qrant (Hug Grant - 9 Sentyabr 1960), Kian Rivz (Keanu Reeves - 2 Sentyabr 1964), Makoley Kalkin (Macaulay Culkin 26 Avqust 1980), Şon Konneri (Sir Tomas Sean Connery 25 Avqust 1930), Kolin Fert (Colin Firth 10 Sentyabr 1960), Mikki Rurk (Mickey Rourke 16 Sentyabr 1952), Tim Burton (25 Avqust 1958), Adam Sendler (Adam Sandler 9 Sentyabr 1966), Teodor Drayzer (Theodor Dreiser 27 Avqust 1871), Aqata Kristi ( Agatha Christie 15 Sentyabr 1890), Lev Tolstoy (28 Avqust (9 Sentyabr) 1828), Stiven Kinq (Stephen King - 21 Sentyabr 1947), Paulo Koelyo (Paulo Coelho - 24 Avqust 1947), Əl-Biruni (4 Sentyabr 973), Raniya el-Abdulla (Raniya al-Abdullah 31 Avqust 1970), Qay Riçi (Guy Ritchie - 10 Sentyabr 1968), Paul Volker (Paul Walker - 12 Sentyabr), Maykl Faradey (Michael Faraday 22 Sentyabr 1791), Kardinal Arman Rişelye (9 Sentyabr 1585), Mixail Kutuzov (16 Sentyabr 1745), Devid Kopperfild (David Copperfield - 16 Sentyabr 1956), Klaudia Şiffer (Claudia Schiffer - 25 Avqust 1970), Şahzadə Harri (Prince Harry - 15 Sentyabr 1984), Emi Uaynhaus (Amy Winehouse - 14 Sentyabr 1983), Zemfira (26 Avqust 1976), Larisa Dolina (10 Sentyabr 1955), Alyona Apina (23 Avqust 1964), Katya Lel (20 Sentyabr 1974), Yuriy Şatunov (6 Sentyabr 1973), İosif Kobzon (11 Sentyabr 1937), Faina Ranevskaya (27 Avqust 1896), Yevgeniy Leonov (2 Sentyabr 1926), Valentin Qaft (2 Sentyabr 1935), Orhan Kemal (15 Sentyabr 1914), Ayşe Kulin (26 Avqust 1941), İclal Aydın (14 Sentyabr 1971), Tezer Özlü (10 Sentyabr 1943) Uğur Dündar (28 Avqust 1943), Cüneyt Arkın (7 Sentyabr 1937), Hale Soygazi (21 Sentyabr 1950), Bergüzar Korel (27 Avqust 1982), Pınar Altuğ (2 Sentyabr 1974), Ebru Cündübeyoğlu (10 Sentyabr 1974), Hande Ataizi (2 Sentyabr 1973), Gamze Özçelik (26 Avqust 1982), Ali Sunal (22 Sentyabr 1977), Aras Bulut İynemli (25 Avqust 1990), Gülben Ergen (25 Avqust 1972), Burak Kut (27 Avqust 1973), Rafet El Roman (25 Avqust 1968)…
Qadinkimi.com