BURA / ORA, UŞAQ / BÖYÜK
Kompüter və planşetdən imtina edən məktəb - FOTO Tarix : 23 Noyabr 2022, 11:30
Yazar : Qadinkimi.com
Bütün valideynlər oxumalıdı! 

Şəkildə gördüyünüz bu bina bir məktəbdi. Amma adi bir məktəb də deyil. E-Bay, Google, Apple, Yahoo və Hewlett-Packard kimi texnologiya nəhənglərinin və zəngin insanların övladlarının oxuduğu "Waldorf School of the Peninsula" adlı məktəbdi. Məktəbin qeyri-adiliyi və zənginlərin rəğbətini qazanmasının xüsusi səbəbi var. Məktəbdə yalnız "köhnə təhsil üsulu” keçərlidi.  Yəni bu məktəbdə kompüter, noutbuk və ya planşet kimi heç bir texnoloji əşya yoxdu.
 

Eyni zamanda ağıllı lövhələrin əvəzinə qara lövhələr, təbaşirlər, kağız və qələm kimi tamamilə uşağın bütün bacarıqlarını üzə çıxaracaq köhnə vasitələr istifadə olunur.
 
Eyni zamanda toxuma və tikiş iynələri, bəzən də palçıqla uşağın əl bacarıqlarını inkişaf etdirən dərslər həyata keçirilir. Bundan əlavə, öyrədilmə oyun şəklində aparılır. 

Qısası, məktəbdə yemək bişirməkdən tutmuş tikiş tikmək, bağda işləmək və heykəltəraşlığa kmi hər şey öyrədilir. Bu köhnə təhsil üsulu əl bacarığından zəka inkişafına qədər uşaqlara fayda verir...

Dünyanın ən ağıllı telefon və kompüterlərini istehsal edən insanların öz övladlarını texnologiyadan uzaq tutmalarının səbəbini artıq başa düşdünüz... 

Texnologiya ilə bağlı bütün vasitələr uşaqlar başda olmaqla hər kəsdə zəka tənbəlliyinə səbəb olur. Texnologiya ilə çox ünsiyyətdə olan uşaqlar radiasiyaya daha çox məruz qalır. Bununla yanaşı, onlarda piylənməyə meyillilik və ya aqressivlik daha çox müşahidə edilir. Sözügedən bu mənfi nəticələr uşaqlarla bağlı aparılan tədqiqatlarda dəfələrlə öz təsdiqini tapıb.

Bütün bunlara baxmayaraq, əksər ailələr övladlarına daha yaxşı təhsil vermək ümidilə ağıllı lövhələrdən tutmuş hər cür texnoloji alətin olduğu məktəblərə üstünlük verir. Üstəlik əksər ailələr bununla fəxr edir... Ailələrin məlumatsızlığı təəssüf ki, övladlarının gələcəyini də risk altına salır...

Unutmayın! Övladınızın klaviaturanı və ya mausu yaxşı istifadə etməsi onun zehnini hərəkətə gətirəcək, əl bacarıqlarını üzə çıxaracaq hər cür fəaliyyətdən uzaq salır, zaman keçdikcə bədən və beyin tənbəlinə çevrilməsinə səbəb olur...

qadinkimi.com

 
  
qadinkimi.com