BURA / ORA
Bu kənddə kişi yoxdur Tarix : 29 Avqust 2019, 10:24
Yazar : Qadinkimi.com
İngilis əsgərlərin zorladığı 15 qadın Umoja kəndini 1990-cı ildə qurub. Qadinkimi.com kulis.az-a istinadən xəbər verir ki, keçən iyirmi beş il ərzində kənd erkən nikahlardan, qadın sünnətindən, ailə daxili zorakılıq və zorlamadan qaçan qadınların hesabına genişlənib. Kənd Keniyanın şimalında yerləşir.

Qəbiləsinin başçısı və qurucu belə bir kənd qurmaq fikrini deyəndə kişilər tərəfindən döyülərək xəstəxanaya salınmışdı.

İndi isə qadınlar kənddə kişi qorxusu və zorakılığı olmadan ticarət eləmək, uşaq böyütmək qaydalarını öyrənirlər.
 
Umocanın əhalisi 47 qadın və 200 uşaqdan ibarətdir. Kənd çox kasıb olsa da qadınlar tələbatlarını ödəyə bilirlər.

Onların əsas gəlirləri başçıların idarə etdiyi pansionatdan və turistlərə satılan əl işlərindən ibarətdir. Bundan başqa kəndə gələn turistlər giriş haqqı kimi müəyyən bir məbləğ də ödəməlidir.

 
Umoca qadınları ətraf kəndlərin qadınlarını da erkən nikah və qadın sünnəti barədə maarifləndirir.

Kənd sakini Memusu 1998-ci ildə atası tərəfindən bir neçə inək müqabilində 57 yaşlı kişiyə ərə verildiyini xatırlayır. 6 il əvvəl satılmamaq üçün evdən qaçan 19 yaşlı Judia isə belə deyir: "Hər gün yuxudan oyananda gülümsəyirəm, çünki ətrafım mənə kömək etmək istəyən insanlardan ibarətdir”.
 
Umocaya sığınan qadınlardan biri isə üç kişi tərəfindən zorlanıb. Qadın bunu ərinə dedikdə o, həyat yoldaşını ağacla döyüb. O qadın da bu kəndə pənah gətirənlər arasındadır.

Umocada bir çox qadın daha kişilərlə birgə yaşamağı xəyal belə etmədiklərini deyirlər. 16 yaşında 80 inək müqabilində ərə verilən Mari axşam yeməyi üçün bişirəcəyi bir ovuc lobyanı göstərərək deyir: "Bu qadınları tərk etmək istəmirəm, çox şeyimiz yoxdur, amma ehtiyacımız olan hər şey Umocadadır”.
 
Mənbə: kulis.az