Bu da Miss Düor
Tarix : 07 Fevral 2026, 13:42 Onu qırx beş dəqiqə ərzində suyun altında saxlayaraq işgəncə verdilər — demək olar ki, boğulana qədər.
O isə bircə ad belə çəkmədi.
İllər sonra qardaşı dünyanın ən məşhur ətirlərindən birinə onun adını verdi.
1944-cü ilin yayı. Paris.
Katrin Dioru 180 Rue de la Pompe ünvanına gətirdilər. Parisin 16-cı dairəsindəki zərif bina almanlarla işləyən fransız kollaborasionistlər tərəfindən dindirmə və işgəncə mərkəzinə çevrilmişdi.
Onlara adlar lazım idi.
Daha kimlər var?
Kimlər rabitəçi idi?
Digərləri harada gizlənirdi?
Katrin danışmaqdan imtina edirdi.
Onu döyürdülər. Çılpaq soyundurur, əllərini bağlayıb vanna otağına sürükləyirdilər.
Onu dəfələrlə buz kimi suya batırır, boğulma həddinə çatana qədər başını suyun altında saxlayır, sonra qəfil qaldırıb eyni sualları təkrar edirdilər.
O, bacardığı qədər yalan danışırdı.
Amma heç kimi ələ verə biləcək bir söz demirdi.
Bu qırx beş dəqiqə davam edirdi.
İki gün sonra onu yenə gətirirdilər.
Yeni işgəncələr.
Buzlu suda keçən saatlar.
O, bircə ad belə çəkmədi.
Bu qadın — Katrin Dior idi. Tarixdə ən kult ətirlərdən birinə ilham vermiş qadın.
Bu gün parislilərin zərifliyi ilə assosiasiya olunan o ətir isə əslində daha çox qaranlıq bir gerçəklikdən doğmuşdu — işgəncələrdən və konslagerlərdən sağ çıxıb bir nəfəri belə satmayan Fransa Müqavimətinin döyüşçüsünün taleyindən.
Katrin 1917-ci ildə Normandiyada doğulmuşdu, qardaşı Kristiandan 12 yaş kiçik idi.
Anaları bağda gül və yasəmin yetişdirirdi. Çiçəklərə olan sevgi hər ikisinə keçmişdi və bilmirdilər ki, bir gün bu sevgi onların taleyini müəyyən edəcək.

1929-cu il böhranından sonra ailə sərvətinin itirdi. 1931-ci ildə anaları vəfat etdi.
Kristian modada karyera qurmaq üçün Parisə getdi.
Katrin isə Provansda həyatda qalmaq üçün tərəvəz yetişdirirdi və bir gün yenidən çiçəklərlə məşğul olmağı xəyal edirdi.
Sonra müharibə gəldi.
1941-ci ildə, Kann şəhərində radio alarkən — Londondan general de Qollun çıxışlarını dinləmək üçün — Katrin Fransa Müqavimətinin qurucularından biri olan Erve de Şarbonner ilə tanış oldu.
Onlar aşiq oldular.
Və Katrin öz missiyasını tapdı.
O, F2 adlı kəşfiyyat şəbəkəsinə Caro kod adı ilə daxil oldu.
Alman qoşunlarının hərəkətləri barədə məlumat toplayır, hesabatlar hazırlayır, Londona göndərirdi. Onun iştirakı ilə ötürülən məlumatlar Normandiyaya çıxarma əməliyyatının hazırlanmasında istifadə olunurdu.
1944-cü ilin əvvəllərində Gestapo çox yaxında idi.
Katrin Parisə Kristianın mənzilinə köçdü və fəaliyyətini davam etdirdi. Kristian onu gizlədir, hətta Müqavimətin görüşlərinə yer verərək öz həyatını riskə atırdı.
6 iyul 1944-cü ildə Katrin Trokadero meydanında rabitəçi ilə görüşə getdi.
Bu bir tələ idi.
Həmin gün iyirmi yeddi nəfər həbs edildi.
Şəbəkənin rəhbəri döyülərək öldürüldü.
Katrin Rue de la Pompe-də işgəncələrdən keçdi.
15 avqust 1944-cü ildə — Parisin azad olunmasına cəmi on gün qalmış onu Almaniyaya gedən qatara mindirdilər.
22 avqust o, Ravensbryuk konslagerinə çatdı.
Məhbus № 57813.
Ravensbryuk yalnız qadınlar üçün nəzərdə tutulmuş düşərgə idi. 6 000 nəfərlik yerə təxminən 40 000 qadın doldurulmuşdu. Müxtəlif məlumatlara görə 50000-ə qədər qadın orada həlak olub.
Katrini düşərgədən düşərgəyə göndərirdilər.
Onu mədənlərdə partlayıcı istehsalına, BMW zavodlarında detallar düzəltməyə məcbur edir, Almaniyanın çökməsi ilə birlikdə ölüm yürüşlərinə sürürdülər.
İşgəncələr geridönməz izlər buraxdı.
Katrin heç vaxt ana ola bilmədi.
1945-ci ilin aprelində amerikalı əsgərlər onu Drezden yaxınlığında azad etdilər.
Bir ay xəstəxanada qaldı.
28 may 1945-ci ildə Katrin Parisə qayıtdı.
Kristian onu vağzalda qarşıladı.
O, bacısını tanımadı.
Sevimli bacısı o qədər arıqlamış, o qədər dəyişmişdi ki, o, onun yanından ötüb geçmişdi.
Zaman keçdikcə Katrin həyata qayıtmağa başladı. Erve ilə yenidən birləşdi və çiçək biznesi açdı. Fransada kəsilmiş çiçəklərin satışı üçün lisenziya alan ilk qadınlardan biri oldu.
Bu vaxt Kristian modanı həmişəlik dəyişdirməyə hazırlaşırdı.
12 fevral 1947-ci ildə o, ilk New Look kolleksiyasını təqdim etdi.
Və həmin gün ilk ətirini buraxdı.
Deyilənə görə, o, hələ də ad tapa bilmirdi ki, bu vaxt Katrin otağa daxil oldu.
Kimsə dedi:
— Ah, bu da Miss Dior!
— Miss Dior — elə belə adlandıraq, — Kristian cavab verdi.
O, ətirə bacısının adını verdi — həyatını riskə atan, dəhşətli işgəncələrə dözən və qırılaraq qayıtsa da, məğlub olmayan qadının.
1952-ci ildə Katrin Rue de la Pompe-dakı Gestapo üzvlərinin məhkəməsində ifadə verdi. İşgəncələrdən danışdı və onunla birlikdə əziyyət çəkən qadınların adlarını çəkdi, çoxu geri qayıtmamışdı.
O, Hərbi Şücaət Xaçı, Cəsurluq Krallıq Medalı və Şərəf Legionu ordeni ilə təltif edildi.
Kristian Grassda torpaq aldı. Katrin güllərin, yasəminin və lavandanın yetişdirilməsi üzrə mütəxəssisə çevrildi. O, Dior evinə çiçək tədarük edirdi.
1957-ci ildə Kristian qəfil öldükdən sonra Katrin onun mirasına sahib çıxdı və doğma şəhərlərində Christian Dior muzeyinin yaradılmasına kömək etdi.
Katrin Dior 17 iyun 2008-ci ildə doxsan yaşında vəfat etdi.
Həyatının son əlli ilini isə çiçəklərin arasında keçirdi.
Bir dəfə gənc bir veteran ondan soruşdu ki, bütün bunlara necə dözə bilib. Katrin cavab verdi:
"Həyatı sevin, gənc adam. Həyatı sevin.”
Və indi kimsə Miss Dior flakonunu açanda bilsə də, bilməsə də, səssizliyi seçərək heç kimi satmayan və həyatının qalanını gözəllik yaratmağa həsr edən qadına ehtiram göstərir.
Bu ətir heç vaxt yalnız parislilərin qlamuru haqqında olmayıb.
O, sağ qalmaq haqqındadır.
Sevgi haqqındadır.
Hər şey viran qaldıqdan sonra yenidən gözəllik yetişdirmək inadkarlığı haqqındadır.
Elə Katrin kimi.
Qadinkimi.com