Bostonda Onkoloji xəstəxananın şöbələrindən birində 14 tibb bacısı hamilə qalıb.
Körpələrin noyabr ayınadək doğulması gözlənilir. Lakin tibb bacılarından 4-ü bu ilin əvvəli ana olub. Bütün bunlar ABŞ-ın Massaçusets ştatındakı klinikada baş verib.
18 ananın hamısının birdən məzuniyyət planlaması bir az ağır və çaşdırıcı görünsə də, xəstəxananın baş həkimi bütün bunları anlayışla qarşılayaraq deyib: "Dünyaya can gətirməkdən daha gözəl, daha sevincli nə ola bilər ki? Biz xəstələrimizin də, tibb bacılarımızın da hər zaman qayğısını çəkməyə hazırıq”. Xəstəxanada tibb bacılarının körpələrini əmizdirməsi üçün xüsusi elektron tablo cədvəl quraşdırılıb.
Kollektiv hamiləlik kollektivin birləşməsinə kömək olub. Tibb bacıları özlərini böyük bir ailədə hiss edirlər. Qadınlar bir-birinə məsləhətlər verir, paltar alış-verişində hər cür dəstək olurlar.
"Biz ciddi işlə məşğuluq, buna baxmayaraq bizə bir yerdə çox xoşdu və bir-birimizə hər zaman dəstək oluruq".
Tibb bacıları orta hesabla 12 həftəlik analıq məzuniyyəti götürməyi planlaşdırır.
Bu ABŞ-da ilk hadisə deyil: Portlanddakı "Maine" Tibb Mərkəzində 9 tibb bacısı da eyni vaxtda hamilə qalıb.
qadinkimi.com