BURA / ORA
Biz və seçki Tarix : 27 Yanvar 2020, 20:50
Yazar : Qadinkimi.com
Seçkinin necə keçəcəyindən, saxta və ya həqiqi seçki olub – olmayacağından danışmaq istəmirəm. İstənilən halda dövləti qınayacağıq. Yəni "deyingən”ik. Nə seçkiyə gedirik, nə səsimizi qoruyuruq, nə vətəndaş kimi nəzarət edirik...

Həqiqəti kimsə gətirib göstərmir həmişə, özün də axtarmalısan, tapmalısan, qorumalısan. Mən seçkilərdə iştirak etmişəm, ötən seçkilərdə də saxtalaşmanı görmüşəm. Amma seçiciləri də gördüm. Nə isə. Bu haqda çox danışmaq, yazmaq istəmirəm. Məqsədim başqadı. İllərdi tanıdığım və sevdiyim, dürüstlüyünə, vətən sevgisinə inandığım bir xanım var: Tamilla Qulami. Fevralın 9 – da keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəddir. Tərtər rayonunda anadan olub. Şəhid qızıdır. Atası Famil Qulami Vətən uğrunda döyüşlərdə canından keçib. Cavandır, bacarıqlıdır, müsbət işləri çoxdur. Yəni 95 saylı Tərtər seçki dairəsindən namizədliyini vermək üçün əsası var. Tərtərin sərhəd kəndlərində əhalinin vəziyyəti yaxşı deyil. 
 


Hətta məktəblərdə şərait acınacaqlıdır, dərslik belə çatışmır. Ordakı ailələrin yaşayışından xəbər tutmaq üçün sosial şəbəkədə paylaşılan videolara baxmaq kifayətdir. Özünüz birbaşa tanış olmaq istəsəz, ürəyiniz daha çox ağrıyar. O kəndlərdə insanların hər şeyə ehtiyacı var. Amma çətinliklərə baxmayaraq o şəraitsiz vəziyyətdə doğma torpaqlarında yaşamağa çalışırlar və öz namizədlərini deputat görmək istəyirlər. Hər bir seçicinin haqqıdır bu. 10 il ərzində Tərtərin problemlərindən danışmayan (həllini demirəm) deputatı istəmirlər. 

Yəni özüm görüntülərə baxmışam, maraqlanmışam. Ümumiyyətlə, heç bilmirəm Sahib Alıyev deputat kimi nə iş görür. Jurnalist kimi yenə söyüşləri, təhqirləri ilə seçilirdi. Deputat kimi fərqlənmədi. Bu dəfə deputat olmasın. İndi bu seçkidə hər gün güllə səsi eşidənlərin səsini eşitsək olmazmı? Qoy Bakının, məsələn Binəqədi rayonunda kim bacarırsa, saxtakarlıqla da olsa deputat olsun. Amma sərhəd bölgələrdə (Ağdam, Fizuli, Tərtər, Qazax və başqaseçicilər istədikləri namizədi seçsinlər. Görsünlər, əmin olsunlar ki, onlar təkcə atəş səsi eşitməyə məhkum deyillər, onların da insan kimi- vətəndaş kimi səsləri var. Və bu səs də eşidilir. Olmazmı? Təbiiki olar. Eşidək onların səsini.   

 

KAMALƏ ABİYEVA
qadinkimi.com