Kiminlə çox zaman keçiririk beynimiz onun beyninə bənzəyir.
Araşdırmanı ABŞ dakı Northwestern
universitetinin bilim insanları edib. Beynin elektrik siqnallarının
sinxronizasiyası üzərində çalışan nevroloji uzmanı Prof. Dr. Moran Cerf və
komandası birlikdə zaman keçirən insanların beyin dalğalarının da ‘bənzər’
görünməyə başladığını aşkar edib. BBC nin ispan servisinə bu dalğaların hətta bəzi
hadisələrdə iki insan beynindən birəbir eyni çıxdığını vurğulayan prof. Cerf "Bir biriylə zaman
keçirən insanlarda hər iki beyində də uyum yaranır” deyir və sözlərini belə
davam etdirir: Sadəcə iki həftə sonra belə eyni filmi izləyən, eyni kitabları
oxuyan, eyni təcrübəni paylaşan və sadəcə bir-birləriylə danışan iki nəfər dil,
duyğu, dünya görüşündə ortaq qəliblər inkişaf etdirirlər." Prof. Cerf
çalışmalarının nəticəsini belə açıqlayır. "Həyatda verilə biləcək ən doğru qərar,
kiminlə zaman keçirdiyimizi ağıllıca seçməkdi”.
Məşhur elmi Amerika jurnalı "Scientific American”- da yayımlanan "Güzgü
neyron” çalışmalarının nəticələrində göstərilir ki, yemək yeyən adamla yemək yeməyi
arzu edən bir adamın beyin dalğaları eyni formada işləyir. Bu çalışma, yemək zamanı beyindəki
sinir fəaliyyətinin düşüncə anında da meydana gəldiyini sübut edir. Beyin neyron
adlanan sinir hüceyrələrindən ibarətdi. Buna görə də bir insan qarşısında hər
hansı bir hərəkəti görərkən özü etmiş kimi neyronları işıqlanır və hərəkətə
keçir. Eyni güzgü kimi qarşıdakını təqlid edərək əks etdirdiyi üçün də güzgü-neyron
adlandırılır. Belə ki qarşınızdakı birinin limon yediyini görsəz sizin də
ağzınız sulana bilir və ya qarşınızdakı biri əsnəyirsə, siz də əsnəyirsiz. Gülmək,
ağlamaq, sevinc, coşqu kimi emosional hallar qarşıdakı insan tərəfindən çox
tezliklə yamsılana bilir. Bu da bizə çox önəmli bir şeyi-beyində niyyət
etdiyimiz bir şeylə onu etmiş olmanın eyni olduğunu sübut edir.
Gözəl düşünün hər işiniz gözəl olsun!
qadinkimi.com