HÜQUQLARIMIZ
Biz birlikdə güclüyük Tarix : 21 İyul 2020, 18:40

İtaliyada yaşayan soydaşlarımız tərəfindən paytaxt Roma şəhərində Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycana qarşı təxribatına etiraz olaraq aksiya keçirilib.


Onlar Ordumuza dəstək nümayiş etdiriblər.


"Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qarabağ Azərbaycandır!” və s. vətənpərvər şüarlar səsləndirən soydaşlarımız paytaxt sakinlərinə Qarabağ həqiqətlərini çatdıraraq, Ermənistan hakimiyyətinin məkrli, işğalçılıq siyasətini ifşa ediblər.
 
*** 

Ukraynanın paytaxtı Kiyev şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatların pislənildiyi, Milli Ordumuza, dövlətimizə dəstək aksiyası keçirilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ölkəmizin Ukraynadakı səfirliyi qarşısında keçirilən dəstək aksiyasında soydaşlarımız, gənclər, ukraynalılar, Türkiyənin icma nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər. 200-dən artıq iştirakçısı olan aksiyada "Qarabağ Azərbaycandır!”, "Azərbaycan, biz səninləyik!”, "Biz Poladıq!” şüarları səsləndirilib.

Aksiya Azərbaycanın və Ukraynanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Göstərdikləri dəstəyə görə soydaşlarımıza təşəkkürünü bildirən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib ki, son hadisələr bir daha Azərbaycan dövlətinin, ordusunun qüdrətli olduğunu sübut edib: "Bu gün dünyanın bütün ölkələrində Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Milli Ordumuza dəstək aksiyaları keçirilir. İşğalçı Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir”.


Mitinqin sonunda elan edilib ki, Azərbaycan Milli Ordusunda xidmətə yazılmaq üçün Konqresin nəzdində qərargah yaradılıb, müraciət edənlərin sayı artmaqdadır.

 
 

 

 

 

***

 

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlar törətməsinə İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Komitəsinin rəhbəri, senator Mərvan Abdulhəlim ən-Nəmr əl-Hmud kəskin münasibət bildirib.

 İordaniya–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Zümrüd Dadaşova bildirib ki, senatorun verdiyi bəyanatda Azərbaycanın dövlət sərhədlərinin yaxınlığındakı hərbi obyektlərə və yaşayış məntəqələrinə Ermənistanın silahlı qüvvələrinin artilleriya zərbələri endirilməsi, ölkəmizin hərbçilərinin və dinc sakinlərinin qətlə yetirilməsi faktları hiddətlə pislənilib. Şəhid ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verən senator yaralılara tezliklə sağalmalarını arzulayıb.

O, bir daha nəzərə çatdırıb ki, İordaniya Haşimilər Krallığı müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsi olaraq tanıyır. Senator Mərvan əl-Hmud əlavə edib ki, rəhbərlik etdiyi İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Komitəsi hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək.

Senator işğalçı dövlət olan Ermənistanı regionda hərbi təcavüzə son qoymağa və gərginlik yaratmamağa çağırıb.

 
*** 

Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları bu ölkənin Toronto və Ontario şəhərlərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər.

    APA Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etirazlarını bidiriblər. Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.

Kanada azərbaycanlıları müxtəlif dillərdə şüarlar səsləndirib, ölkəictimaiyyətinin diqqətini münaqişənin acı nəticələri barədə məlumatlandırmağa çalışıblar. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi bütövlüyü pozulub, hərbçilər şəhid olub, günahsız insanlar, uşaqlar, mülki əhali qətlə yetirilib.

Aksiya iştirakçıları bir daha diqqətə çatdırıblar ki, Kanada höküməti dəfələrlə Azərbaycanın ərazi bütovlüyünü birmənalı şəkildə dəstəklədiyini və işğalı qınadığını bəyan edib.

Aksiyaya Kanadada yaşayan İsrail vəTürkiyədən olan qardaşlarımız, Azərbaycanı sevən insanlar da qatılıblar.
 
P.S. Qeyd edək ki, dünyanın bir çox ölkələrində Ermənistan təcavüzünə etiraz bildirən, Azərbaycana dəstək aksiyaları keçirilib.

 
BİZ BİRLİKDƏ GÜCLÜYÜK! 
 
 
 
qadinkimi.com