Bir qadın əslində bir uşaqdır.
Uşaq kimi rəftar etməyi sevər.
Kişinin uşaqlara göstərdiyi şəfqəti ona da göstərməsini istər.
Kişi bir qadının uşaqlıq etməsinə icazə verəcəkdir,ancaq əsla onu bir uşaq olaraq görməyəcəkdir.
Bir qadın güclüdür əslində.
Hətta kişilərdən daha güclüdür.
Amma bu gücünü hər zaman nümayiş etdirməyi sevməz.
İstər ki, kişinin gücü ona hüzur versin.
Özü-özlüyündə öhdəsindən gələ biləcəyi işlərin kişinin etməsini istər.
Ancaq qadın gücünü göstərmək istədikdə,onu dayandıra bilməzsiniz.
Etmək istədiyi bir şey varsa, mütləq edər.
Bir qadın sevgilidir əslində.
Daxilində hər zaman sevgi daşıyır.
Sevdiklərindən asanlıqla ayrıla bilməz,sevdiklərini qıra bilməz.
Çətinliklə sevər,amma tam mənası ilə sevər.
Bir qadın sevməzsə,onu bu sevgiyə məcbur edə bilməzsiniz.
Bir qadın yalnızdır əslində.
Heç bir zaman qadını bütün əldə edə bilməzsiniz.
Özünə aid bir dünyası vardır və orada yalnızdır.
O dünyaya kimsənin girməsini istəməz.
Heç bir açar o dünyanın qapısını açmaz.
Yalnızlıq onun sığınacağıdır.
Bir qadın müdrikdir əslində.
Nələr edə biləcəyini kişilər bəzən xəyal belə edə bilməzlər.
Yaradıcılığının sərhədi yoxdur.
Amma bunu ortaya çıxarmaq üçün həyatının kişisini gözləyər.
Bir qadının gerçək kişisi olmağı bacarsanız şanslı birisiniz deməkdir.
Çünki həyatınız əsla adi olmayacaqdır.
Bir qadın həyatdır əslində.
Çünki,həyatda olan hər şey ancaq qadınlar olduğunda bir anlam qazanır.
Yemək yemək,su içmək belə.
Bir qadının əlindən içdiyiniz su ilə öz əlinizlə içdiyiniz suyun ləzzətinin fərqini bilirsinizmi?
Bilirsinizsə,nə xoşbəxt insansınız.
Bilmirsinizsə, yaşamırsınız deməkdir.
Sevinc Səfərova