QADIN / KİŞİ
Bir cüt gəlincik və 6000 manat pul Tarix : 06 Avqust 2022, 19:09

Birgə 60 il ömür sürmüş ər-arvad bu illər ərzində heç nəyi gizli saxlamır, bütün sirlərini bir-birilə bölüşürlər. Aralarında yeganə sirr olaraq qalan bir ayaqqabı qutusu olur. Qadın həyat yoldaşından qutunu yalnız o dünyasını dəyişdikdən sonra açmağı xahiş edir. Günlərin bir günü qadının vəziyyəti ağırlaşır, əri ondan qutunu açmağa icazə verməsini xahiş edir. Qadın razılıq verir. Qutunun içindən bir cüt gəlincik və 6000 manat pul çıxır. Kişi bunların nə məna daşıdığını soruşduqda qadın deyir:

 


- 60 il əvvəl sənə ərə gələrkən anam mənə belə bir nəsihət etdi: "Səbirli və təmkinli ol. Ərin səni hirsləndirdiyi zaman ona bir söz demə, bir gəlincik düzəldib qutunun içinə qoy”. 

 


Əri özündən razı halda gülümsəyib deyir:

 


- Deməli, bütün bu müddət ərzində səni cəmi iki dəfə hirsləndirmişəm, bu ki çox yaxşıdı.

 


- Bəs, o pullar barədə bir şey soruşmaq istəmirsən?

 

 


Kişi təəccüblə soruşur:

 


- Yaxşı yadıma saldın, bəs bu qədər pul səndə hardandı?

 


Qadın dərindən ah çəkərək cavab verir:

 


- Onlar satdığım gəlinciklərin pullarıdır.

 


Qadinkimi.com