BURA / ORA
Bəşər Əsəd: "2021-də Suriya seçkilərində hər kəs namizəd ola bilər" Tarix : 11 Noyabr 2019, 19:29
 
Suriya prezidenti Bəşər Əsəd 2021-ci ildə ölkəsində Prezident seçkiləri keçiriləcəyini və istəyən hər kəsin namizəd ola biləcəyini deyib. 

Əsəd 2014-cü ildə "seçki"lərdə iki rəqibinə qarşı mübarizə apararaq böyük fərqlə qalib elan olunub. 

Rusiya mediasına müsahibə verən Əsəd "Daha öncə üç namizədlə seçkiyə getmişdik. İndi istəyən hər kəs namizədliyini irəli sürə bilər. Gələcək seçkilərdə bir çox namizəd olacaq” deyib.

Qeyd edək ki, Bəşər Əsədin 2014-cü il "Pezident seçkiləri"ndə nəticəsi 88,7 % olaraq göstərilib. O, üçüncü dəfə dövlət rəhbəri olub. Bəşər Əsəd Suriyanın faktiki prezidenti deyil. O, ölkənin yalnız 65%-nə nəzarət edə bilir. 
 
qadinkimi.com