Türkiyənin tanınmış aktrisası, "Aşkı memnu" teleserialından tanıdığımız Beren Saat Fransanın "Le Fiqaro" qəzetinə verdiyi bir müsahibədə feminizmlə bağlı danışıb. Aktrisa bir zaman trendə çevrilən #metoo hərəkatı və Türkiyədə feminizmi haqqında danışıb.
Beren Saat "Uşaqları olan dostlarına üz tutub: Əgər ölkənin hüzuru naminə nəsə xeyirli bir iş görmək istəyirsinizsə, uşaqlarınızı feminist yetişdirin. Feminizmdən qorxmayın" .
Aktrisa "Fatmagülün suçu ne” serialıyla bağlı "Təcavüz səhnəsində nələr hiss edirdiniz" sualına belə cavab verib: "Səhnədən əvvəl və sonra bizi bir psixoanalitik izləyirdi və mənə "o səhnəni qarnından bıçaqlanmış kimi düşünərək oyna" dedi. Həmin dəhşətli səhnənin çəkilişi iki gün davam etdi. Sinirlərim pozulurdu, ağladığım vaxtlar olurdu. Tək arzum gerçəkdən qolumu və dizimi ağrıdan o səhnənin tezliklə çəkilib bitməsi idi".
Hollivud prodüseri Harvey Waynşteynin təcavüz qalmaqallarının ortaya çıxmasının ardından başlayan #metoo hərəkatı ilə bağlı nə düşünürsünüz? - sualına aktrisa belə cavab verib: "Bütün o qadınların həmrəyliyinə heyranam. Bir neçə il əvvəl psixologiya tələbəsi Özgecanın ölümüylə eyni hadisəni Türkiyədə də yaşadıq. Bənzəri görünməmiş bu vəhşilikdən sonra bu gənc qız haqqında yazmağa və aksiyalara qoşulmağa qərar verdim.
Sonra yavaş-yavaş öz təcrübələrimdən, başıma gələnlərdən sosial mediada danışmağa başladım: Bir TV rəhbərinin mənə hücumu və ya setlərdə mənimlə əylənmək istəyən aktyorların etdiyi manevrlər və. s. Etirafdan sonra gördüm ki, bir çox qadının dili açıldı və "Mən də zərərçəkmişəm" deməyə başladılar. Dünyadakı qadınların birgə hərəkatı məni qürurlandırır. Ən vacibi də nəticə olaraq budu - qadınların bir araya gəlməsi, bütün bu dirənişin, müqavimətin birlikdə layihələrə çevrilməsi. Bərabərliyi dadacağımıza da ümid edirəm".
Saat söhbətinin davamında bu ifadələri işlədib: "Absurd şəkildə feminizm kimi "izm”lə bitən bəzi sözlərdən qorxurlar. Uşaqları olan dostlarıma "Əgər ölkənin hüzuru naminə nəsə xeyirli bir iş görmək istəyirsinizsə, uşaqlarınızı feminist yetişdirin. Feminizmdən qorxmayın".
Həmrəylik bu günlərdə bütün cəmiyyətlərdə əllə tutulacaq vəziyyətdədi. Keçmişdə Türkiyədəki qadınlar dərdlərini bildirməzdilər. Müəyyən mədəniyyət kodlarından qorxurdular. Amma son dövrlərdə işlər və mentalitet dəyişdi. Cinsi təcavüzü bildirən mobil proqramlar, risk vəziyyətindəki qadınlara sahib çıxan 7/24 açıq olan mərkəzlər var. Türkiyədə və dünyada böyük bir sosioloji irəliləmə inkişaf və mentalitet dəyişikliyinə şahid oluruq. Amma bu, ürküdücü gerçəkliyi unutdurmur: Bir çox qadın səssiz qalmağa davam edir. Bizim mübarizəmiz də bunu qırmaq və bütün qadınları qorumaqdan ötrüdü".
Qadinkimi.com