BURA / ORA
Başqalarının azadlığına hörmət mədəniyyəti Tarix : 24 İyul 2023, 10:44

Ana və körpəsi Cənubi Koreyadan ABŞ-a 10 saatlıq uçuşda olub. O, təyyarədəki 200-dən çox sərnişinin hər birinə kiçik bir paket paylayıb.

Uçuş zamanı 4 aylıq körpəsinin ağlayacağı ehtimalına qarşı əvvəlcədən üzr istəmək üçün hazırlanmış paketdə konfet, saqqız və qulaqlıqlar olub.


Bağlamanın üstünə həmçinin belə bir qeyd yazılıb: "Salam, mən Jun Woo. Mən 4 aylığam və bu gün anam və nənəmlə Amerikaya səyahət edirəm. Bir az gərginəm və qorxuram. Həyatımda ilk uçuşdu. Ağlamağım və ya hər hansısa bir rahatsızlığa səbəb olmağım normal haldır. Anladığınız üçün təşəkkür edirəm.


Sakit olmağa çalışacağam, amma yenə də sizə söz verə bilmərəm. Əgər səsim çox çıxarsa, zəhmət olmasa, bunlardan istifadə edin. Səyahətinizdən həzz alın. Təşəkkür edirəm".

 

Qadinkimi.com