BURA / ORA
Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış: "Xəsarət alan uşaq olmayıb" Tarix : 16 Dekabr 2019, 13:50
Yazar : Qadinkimi.com
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayışda bir nəfər xəsarət alıb.

Bazar ertəsi günü səhər saatlarında baş vermiş hadisə nəticəsində mərkəzin 50 yaşlı müəllimin üzü və əlləri yanıb.

Səhiyyə Nazirliyi əllərin və üzün "termik yanığı diaqnozu ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə aparıldığını qeyd edib.

Səhiyyə Nazirliyi bir necə nəfərin stress keçirdiyini və onlara "yerində yardım göstərildiyini" qeyd edib.

Mərkəzin təşkilatçısı İlhamə Balacayeva BBC News Azərbaycancaya bildirib ki, partlayışda "xəsarət alan uşaq olmayıb".

İlhamə Balacayeva onu da qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyatı qurumlar mərkəzdə partlayışla bağlı araşdırma aparıb.

Hadisəyə səbəbin yeraltı qaz sızıntısı olduğu güman olunur.
 
 
 

Mənbə: bbc.com
qadinkimi.com