BURA / ORA
Bakıda üç məzun dənizdə boğuldu Tarix : 14 İyun 2019, 20:15
Yazar : Qadinkimi.com
Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.

Qadinkimi.com xəbər verir ki, həmin şəxslər 11-ci sinif məzunları olub.

Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.

Oğlanların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 146 saylı məktəbin məzunları olduğu bildirilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub:

"Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb. Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır. Bir nəfərin axtarışı davam edir”

Oxu.az-dan verilən son məlumata görə, suda boğulan gənclərdən birinin cəsədi tapılıb. Ölən gəncin adının Rəhim olduğu bildirilir.


Mənbə: oxu.az