Bakıda ilk dəfə Qadın Zorakılığına Qarşı yürüş keçiriləcək.
Martıq 8-i saat 14:00-da Azad Qadın Heykəlinin önündən Xurşidbanu Natəvanın heykəlinəcən "Zorakılığa qarşı GET” adlı yürüş keçiriləcək. Yürüş qadın zorakılğına qarşı mübarizəyə həsr edilib. Yürüşün təşkilatçıları bir qrup feminist qadındı.
Əsas şüarlar erkən nikahlara, qadın-kişi ayrı-seçkiliyinə, qadınların məişətdə istismarına və s. kimi problemə həsr edilib. Bir sıra plakatlar artıq hazırdı. Təşkilatçıların dediyinə görə bu plakatlar qadınların kosmetikasından hazırlanıb. Kosmetikanı xanımlar ianə olaraq təşkilata təqdim ediblər.
Yürüş təşkilatçılarının cəmiyyətə belə bir müraciəti var:
"Dəyərli dostlar!
Yürüşdə istifadə olunacaq plakatlar və şüarlar yalnız qadınların problemlərinə diqqət çəkir. Plakatlarda dini, milli, irqi, seksual oriyentasiya və gender kimliyi və s. zəmnində ayrı-seçkiliyə çağırışların, yürüşün məzmunundan kənar olan loqotiplərin, simvolika və bayraqların istifadəsi qadağandır.
Yürüş dinc xarakter daşıyır”.
Yürüşdə kişilərin iştirakı mümkündürmü sualına təşkilatçılar "hər kəs iştirak edə bilər” cavabı verib.
Bir daha qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Qadın Zorakılığına Qarşı hər hansısa bir aksiya keçirilir. Aksiya bir saatlıq nəzərdə tutulub.
qadinkimi.com
qadinkimi.az