On iki adamlıq pay üçün:
125 qram kərə yağı
200 qram şəkər
200 qram un
20 qram jelatin
75 qram nişasta
6 xörək qaşığı kakao tozu
3 xörək qaşığı badam likörü
2 çay qaşığı qabartma tozu
2 ədəd yumurta
4 xörək qaşığı süd
500 qram gilas (bankada konservləşdirilmiş də olar)
5 xörək qaşığı kappuçino kofesi
500 qram kəsmik (tvoroq)
200 qram slivka
Hazırlanması:
1. Kərə yağını 100 qram şəkər və yumurta ilə çalın. Sonra un, 50 qram nişasta, iki xörək qaşığı kakao, qabartma tozu, süd və likör əlavə edib qarışdırın. Xəmir halına düşəndə, formanı yağlayıb xəmiri ora tökün və 25 dəqiqə müddətində 180 dərəcə temperaturda bişirin.
2. Gilas və onun 250 qram şirəsini, 25 qram nişastanı və 2 xörək qaşığı şəkəri qarışdırıb qaynadın. Qatılaşanda od üstündən götürün və soyudun. Sonra onu bişirdiyiniz layın üstünə çəkin. Soyuducuya qoyub 3 saat saxlayın.
3. Kəsmiyi qalan şəkərlə qarışdırın, jelatin əlavə edin. Slivkanı kappuçino ilə çalın və kəsmiyə əlavə edin. Kütləni tortun üstünə çəkin, gilaslarla istədiyiniz şəkildə bəzəyin. Üzərinə kakao səpin və 1 saatlığa soyuducuya qoyun. Tortunuz hazırdır. Süfrəyə verə bilərsiniz.
Qadinkimi.com