Azərbaycanda din xadimi olan qadınlar bu ildən maddi dəstək alacaqlar.
Azərbaycanda din xadimi olan qadınlar bu ildən maddi dəstək alacaqlar.
Bu barədə Azvision.az -a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır.
"Burada qadınların din xadimi təyin olunmasından söhbət getmir, çünki İslam dininə imam qadın təyinatı mümkün olan şey deyil. Amma İslam dünyasında ilk dəfə Azərbaycanda bir nümunə tətbiq edilib. Şeyxülislam Allahşükür Paşazadənin müavinlərindən biri qadındır. Bizdən sonra Türkiyə Dəyanət İşləri Başkanlığında da müavinlərdən biri qadın oldu. Məscidlərdə fəaliyyət göstərən dini icma sədri olan xanımlarımız da var. Həmin xanımların arasında bu ildən etibarən maddi dəstək alacaq şəxslər olacaq. Bu istiqamətdə işlər gedir”.