UŞAQ / BÖYÜK
Azərbaycanda doğum səviyyəsi azalır - səbəblər Tarix : 29 Sentyabr 2018, 15:20

Dövlətin demoqrafik siyasəti əhalini tənzimləmək üçün vacib vasitədir. Bəzi ölkələrdə doğum dərəcəsi ilə müşayiət olunan real fəlakət müşahidə olunsa da, Azərbaycanda bu məsələ ilə bağlı heç bir problem olmayıb. Daha doğrusu, son vaxtlara qədər olmayıb...

Azərbaycan Səhiyyə Nazirliyinin baş ginekoloqu Sevinc Məmmədova son illərdə Azərbaycanda doğumun səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını söylədi.

"Son üç ildə rəqəmləri müqayisə etsək, doğum nisbətinin təxminən 30 min azaldığını anlayacağıq. 2015-ci ildə Azərbaycanda 172 min 671 uşaq dünyaya gəlsə də, 2016-cı ildə bu rəqəm 160 004 uşaq olub. 2017- ci ildə göstərici 144 041- ə enib ". Sosial fəlsəfə doktoru Azər Allahverənov ailə qurumlarına münasibətdə dəyişikliklərin və bir sıra digər amillərin Azərbaycanda yaxın bir neçə ildə demoqrafik böhrana səbəb ola biləcəyindən və beynəlxalq təşkilatların bu haqda proqnozlarından bəhs etdi. "BMT-nin Əhali Fondunun proqnozlarına əsasən, Azərbaycanda 2025-2030-cu ilə qədər əhali artımı olacaq və ölkə əhalisi 11 milyon nəfərə çatacaq. Amma bundan sonra demoqrafik ləngimə dövrü başlayacaq". A. Allahverənovun sözlərinə görə, artıq bu gün Azərbaycanda böyük ailələrə rast gəlmək olduqca nadir haldı. "Müasir gənc valideynlər ən çox iki uşağa qərar verirlər və gələcəkdə iki uşaq da nadir halda rast gəlinəcək. Bu səbəbdən dövlət gənc valideynlər üçün ailədə çox sayda uşaqdan qorxmamaq üçün əlverişli şərait yaratmağı düşünməlidir. Bunun üçün gənc ailələrə maddi dəstəyin verilməsi, tibbi xidmətlərin yaxşılaşdırılması və bu xidmətlərə çıxışların sadələşdirilməsi gərəkdi, əks halda əhalinin sıxlığı düşə bilər ", - A. Allahverənov vurğulayıb. Onun sözlərinə görə, gec-tez gənc ailələr üçün dəstək proqramı yaranacaq və ölkədə doğumu stimullaşdırmaq üçün vasitə olacaq. Allahverənovov deyib ki, bu gün Azərbaycanda sabit demoqrafik vəziyyət mövcuddur. Ayda təxminən 100 min yeni doğum olur. "Deyə bilərəm ki, elə illər var əhalinin artımı 2 faizdən artıq olub. Bu gün faiz bir az aşağıdır, amma hələ də hər şey normal səviyyədədir. Demoqrafik artım 0,5-0,6% azalarsa, demoqrafik problemdən danışa bilərik. Ancaq hər kəsin dediyi kimi, Azərbaycanda doğumun azalması ilə bağlı demoqrafik təhdidlər mövcuddur. Xüsusilə bu sahədəki templər həmişə sabit deyil. Beləliklə, əgər 2003-cü ilə qədər artım sürətinin azalması müşahidə olunurdusa, 2004-cü ildən başlayaraq bu tempin artdığını görürük. 2011- ci ildə rəqəm 2,5 faiz səviyyəsində idi. Ancaq bu gün yüzdə 1,9 nisbətindədir”.

Milli Məclisin deputatı Aytən Mustafayevanın sözlərinə görə, hazırda Azərbaycanda doğuşun azalması mümkün demoqrafik böhranın astanasında olduğumuzu və bunun baş verməməsi üçün, profilaktik tədbirlərin görülməsini zəruridir. "Bu mövzu həqiqətən də aktualdır. Doğumun artmasını təmin etmək üçün Rusiyada əla bir nümunə var. Belə ki, ikinci uşaq doğulduğu zaman qadınlar analıq kapitalına sahib olurlar. Azərbaycanın nəzərə alması lazım olan ikinci vacib məqam çoxuşaqlı analar üçün pensiya yaşının azaldılmasıdır. Artıq biz Azərbaycanda doğumun azalmasını müşahidə edirik və bununla bağlı bu gündən etibarən ölkə parlamentində doğum sayının artması üçün stimullaşdırıcı tədbirlərin görülməsini təklif olaraq irəli sürəcəm. Hesab edirəm ki, Milli Məclisin deputatları məni dəstəkləyəcəklər. Doğrudur, ölkənin maliyyə strukturlarının, xüsusilə də Maliyyə Nazirliyinin necə davranacağını bilmirəm. Ümumiyyətlə, gənc ailələrə neftin qiymətinin artmasını nəzərə alaraq doğum sayını stimullaşdırmaq üçün kömək olunacağını düşünürəm ". 


 

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Tədqiqatlar İdarəsinin hüquq elmləri üzrə fəlsəfə doktoru Elgün Səfərov Media.az-a verdiyi müsahibədə bildirib ki, doğum dərəcəsinə təsir edən təbii proseslər var.

"Demoqrafik vəziyyətin azalması – və ya yüksəlməsi hər 15-20 ildə bir dəfə təkrarlanır və dövri xarakter daşıyır. Bunun əsas səbəbi təbii proseslərdir: ailə dəyərlərini dəyişdirmək, ailə qurumlarına münasibət, iqtisadi proseslər və s. Hər halda, Azərbaycan əhalisi böyüyür. Əhalinin illik ölüm nisbətinin 57 min nəfərdən çox olmadığını nəzərə alsaq, əhalimizdə təbii artım olduqca yüksəkdir.

Doğum nisbətinin azalmasına gəlincə, düşünürəm ki, bir çox azərbaycanlı ailələrin bir və ya iki uşaq istəmə səbəbi onlara daha yaxşı həyat tərzi bəxş etməkdə və ödənişli təhsil almaq imkanını təmin etməkdədir. Sorğularımızın nəticələri göstərir ki, Azərbaycanda ailələrin təxminən 20% -i övladlarının xaricdə pullu təhsil almasını istəyir.

Bir sözlə, bu gün Azərbaycan ailələri çoxuşaqlılığı hədəf almasalar da, ailənin iki və ya üç uşağı olarsa, bu vəziyyət Azərbaycanı demoqrafik böhrana gətirməyəcək ".

 

 

Mənbə: media.az

Çeviri: Çinarə Teymurova