BURA / ORA
Avstraliyalı hamilə yanğınsöndürən işini davam etdirəcək Tarix : 13 Noyabr 2019, 15:59

Avstraliya cümə günündən bəri davam edən yanğınlarla mübarizəsini davam etdirir. Yanğınlar 3 nəfərin ölümünə və 200-dən çox evin yanmasına səbəb olub.
Bu yanğınlarda 23 yaşlı hamilə könüllü yanğınsöndürən Kat Robinson Williams da işini davam etdirəcəyini deyir. 14 həftəlik hamilə olan Kat Robinson onun üçün narahat olan dostlarından işini dayandırması üçün bir çox müraciət alıb.
Onun bir instagram statusunda "geridə qalmayacam” yazısı çox səs-küyə səbəb olub: "Mən nə ilk, nə də sonuncu hamilə yanğınsöndürənəm. Hələlik kömək edə biləcəyim bir vəziyyətdəyəm, ona görə də edəcəyəm” sözlərini deyib.
Xanım Robinson Yeni Cənubi Uels (NSW-New South Wales) Kənd Yanğın Xidmətində 11 ildir könüllüdür. 
Xanım Robinson bazar ertəsi İnstagramda hadisəyə gedən yolda yanğınsöndürmə qurğularında bir neçə şəkli bu sözlərlə paylaşıb: "Bəli, mən yanğınsöndürənəm. Xeyr, mən kişi deyiləm. Bəli, hamiləyəm. Amma bunun sizin xoşunuza gəlib gəlməməyinin mənim üçün heç bir əhəmiyyəti yoxdur”.  
Onun bu fikirləri bir çox insan tərəfindən müsbət qaşılanıb və çoxları onu "bütün qızların ilham mənbəyi” adlandırıb. 

Könüllü yanğınsöndürən BBC-yə verdiyi müsahibədə bir neçə dostunun ona "sən bunu etməməlisən" demələrinə baxmayaraq, işini davam etdirəcəyini bildirir: "Orqanizmim dayan deməyənə qədər işimi davam etdirəcəyəm”. 
Uşaq baxıcısı kimi çalışan xanım Robinson könüllü yanğınsöndürənlər ailəsində doğulub: "1995-ci ilin yanğın mövsümündə də anam mənə hamilə olsa da, könüllü yanğınsöndürən olub. Bu ənənə ailəmizdə nəsildən-nəsilə ötürülür. Uşaqlıq illərimdə nənəm mənim üçün oyuncaq yanğınsöndürən paltarı tikmişdi".
Nənəsi də daxil olmaqla ailənin çox sayda üzvü hələ də yanğınsöndürmə könüllüləridir: "Nənəm 50, anam isə 30 ildir ki, bu işdə könüllülük edir”. Həyat yoldaşının da könüllü olduğun deyən xanım Robinson gələcəkdə övladının da bu işi görəcəyinə ümid edir. 

Mənbə: bbc.com 
qadinkimi.com