Bu gün Türkiyəli kolleksiyonçu Özgür Honçaya istinadla Avropa Mərkəzi Bankının kolleksiyaçılar üçün zərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın rəsimləri olan avro xatirə pul nişanı buraxacağı barədə məlumat yayıldı.
Qadinkimi.comun EkoNews-dan aldığı məlumata görə, müstəqil jurnalist Zülfiyyə Səfixanova mövzu ilə bağlı Avropa Mərkəzi Bankının mətbuat şöbəsinə sorğu göndərib. Şöbənin Lorena adlı əməkdaşı sorğuya verdiyi rəsmi cavabda xəbəri təkzib edib və bu mövzu ilə ilə heç əlaqələrinin olmadığnı bildirib.
Qeyd edək ki, Özgür Honça Minval.az-a açıqlamasında xatirə pul nişanının yaxın vaxtlarda buraxılacağını və cəmi 10 000 ədəd olacağını bildirib. "Bunun 5000 ədədi Azərbaycana, 3000 ədədi Türkiyəyə, 2 000 ədədi isə Avropaya göndəriləcək".
Mənbə: ekonews.az