Bakıdakı İsveç səfirliyi yeni müsabiqə elan edib. Bu barədə səfirliyin rəsmi facebook səhifəsində yazılıb.
Covid-19 pandemiyası səbəbindən evdə daha çox vaxt keçirdiyimiz bu günlərdə İsveçin Bakıdakı Səfirliyi AzerbaijaniDads karantin foto müsabiqəsini keçirmək qərarına gəlib. Müsabiqə 5 May 2021-ci il tarixinə kimi davam edəcək.
Müsabiqənin məqsədi övladlarının gündəlik həyatında aktiv rol oynayan ataları göstərməklə cəmiyyətdəki gender stereotiplərini qırmaqdır.
Müsabiqənin şərtləri:
Övladınızla olan şəklinizi bu postun altında #AzerbaijaniDads həştəqi ilə paylaşın və ya səfirliyin facebook məktub qutusuna - inboksa göndərin.
https://www.facebook.com/SwedeninBaku/
Şəkildə gündəlik həyatda evdə və ya ictimai yerdə ata ilə övladın birlikdə necə vaxt keçirməsi əks olunmalıdır.
Müsabiqədə iştirak üçün professional foto-kameraya ehtiyac yoxdur. Hər hansı bir ağıllı telefonla çəkilmiş şəkil yetərlidir. Şəklin məzmunu onun bədii keyfiyyətindən daha vacibdir.
Müsabiqə bütün yaş qrupları üçün açıqdır.
Müsabiqənin yekununda ən yaxşı üç şəkil mükafata layiq görüləcək.
Uğurlar!
qadinkimi.com/az