Kimdi qadın? Bir sözlə kölgəyə dönər, bir sözlə kölgə olar, kölgə qədər yaxın olar. Kölgə kimi əlçatmaz da olar qadın.
Ümmanlar kimi çağlayandı qadın...
Həyat yollarının keşməkeşini özünə yol yoldaşı edəndi Qadın....
Özü ilə dost olandı qadın.
Özündən bezər hərdən.Yorular suallardan. Haray salmaq istər "Ay haray....məni eşidən varmı”???
Susandı qadın. Bu gün desə tez, sabah desə gec...
Beləcə sözünü deməyə vaxt tapa bilməyəndi qadın...
"Kiçik” qəlbində öz dünyası var. Özü ilə baş-başa qaldığı dünya. Özü ilə pıçıldaşdığı dünya.
Bəzən dünənindən küsər. Bəzən sabahından... Bunlar nədir ki? Öz-özündən küsəndi qadın. Özünə "bağışla”deyər ... Bağışlayarmı özünü, kimsə bilməz. Dərd-qəmini bölüşməz, kimsəyə yükləməz,
"Bağışla arzularım” deyər hərdən. Kaşların əlində aciz qalar, çırpınar qadın. "Kaş”ların ağırlığını daşıyar. Umidsizliyin yorğunluğu çökər canına.
Ömür payını itirər beləcə.
Öz-özünü aldadandı qadın.
Ocaq yandırmağı sevəndi qadın. Ocağın çırtıldısında ürək çırpıntısını, tüstüsündə gözlərini gizlədər.
Özünü
kədərlə yükləyər qadın. Ailəsini, sevdiklərini qorusun deyə özünü hər ağrıya
sipər edər qadın.
Həyatına
yoldaş seçdiyindən diqqət, qayğı görməyəndə özünə sığınar qadın. Özünü tənha
sanar.
Özünü tənhalığa tanıma qadın.
Xoşbəxtliyi
tanı! Xəyal dünyanda xoşbəxt olma qadın. Öz dünyasının xoşbəxt qadını, xoşbəxtlik
necə olur bilirsənmi?
Bəlkə, bəlkə... bəlkələrlə özünü ovundurma qadın. Özünü xəyallarla aldatma
qadın. Həyat o qədər rəngarəng, yaşamaq o qədər gözəl ki!
Yaşa qadın. Həyatın bütün rənglərini yaşa! Özünə güvən!
Sən güclüsən!