BURA / ORA
Şarliz Teron: Anamın atamı öldürməsindən utanmıram Tarix : 02 Dekabr 2022, 13:54
Yazar : Qadinkimi.com
"Oskar" mükafatı laueratı Cənubi Afrikalı aktrisa Şarliz Teron (ing. Charlize Theron) 15 yaşında olarkən anası Gerda Moritzin onlara şiddət göstərən atası Çarles Teronu öldürməsi barədə danışıb. Şarliz Teron "Bu hadisə barədə danışmaqdan qətiyyən utanmıram. Anam bir təhdidə son verdi” deyib. 

ABŞ-da tərəfsiz radio kanalı olan NPR-ə müsahibə verən Şarliz Teron anası Gerda Moritzin atasını silahla vuraraq öldürməsi ilə bağlı hisslərini anladıb. "Çox xəstə” adlandırdığı atasının həyatı boyu spirtli içki aludəçisi olduğunu bildirən Teron "Əlbəttə, o gecə yaşananların heç olmamasını istərdim” deyib. Məşhur aktrisa hadisə gününü belə xatırlayır: "Atam həmin gün evə bir silahla gəlmişdi. O qədər sərxoş idi ki, ayaqda dura bilmirdi. Mən anamla birlikdə otağımda qapının arxasında dayanmışdım. Çünki atam içəri girmək üçün qapını itəliyirdi. Biz də içəri girə bilməməsi üçün mübarizə aparırdıq. Bir addım geri çəkildi və qapıya üç dəfə atəş etdi. Güllələrdən heç biri bizə dəymədi. Bu da bir möcüzə idi. Anam özünü qorumaq üçün bu təhdidə bir son verdi”.  
 


Ailəsində baş verən bu şiddəti bir çox insanla bölüşdüyünü bildirən Şarliz Teron "Bu mövzu haqqında danışmaqdan utanmıram, çünki bu cür hadisələrdən nə qədər çox bəhs edilsə, yalnız olmadığımızın da o qədər çox fərqinə varırıq” deyib. 
 


Cənubi Afrika Respublikasının Beoni şəhərində doğulan Teronun anası Gerda alman, atası Çarles isə fransız əsilli idi. Ana və atası bir yol tikinti şirkətinin sahibi idi. 

Onu da qeyd edək ki, Gerda Teron özünü qoruduğuna görə sərbəst buraxılaraq heç bir cəza almayıb.  
 
 

qadinkimi.com