Amerikada Azərbaycan dilini və mədəniyyətini yaşadan təbrizli qadın - Dərya Hodai
Tarix : 23 Noyabr 2022, 13:34
Təbrizdə dünyaya gələn, uzun illərdir ABŞ-da yaşayan Dərya Hodai Ana dilini öyrənib-öyrətmək arzusunu uzaq Mayamidə gerçəkləşdirir.
Bu məqsədlə yaratdığı EnglishAzerbaijani ilə mədəniyyətimizi və dilimizi yaşatmaq üçün ciddi layihələr həyata keçirir.
* Azərbaycan nağılları əsasında animasiyalar hazırlayır
* Uşaqlar üçün Azərbaycan və ingilis dillərində hekayə kitabları nəşr etdirir
* Ana dilini öyrədən, atalar sözlərinin mənasını anladan, milli bayram və adətlərimizi əks etdirən animasiyalar hazırlayır
Ən önəmlisi isə Amerikada yaşayan o taylı bu taylı həmvətənlərini bir araya gətirmək üçün çalışır.