BURA / ORA
"Akopyanın Mehriban Əliyevanı Qarabağa dəvəti ziyanlıdı”- Erməni ekspert Tarix : 05 Dekabr 2019, 21:03
"Anna Akopyanın Mehriban Əliyevanı Qarabağa dəvət etməsi hesablanmamış və "Artsax Respublikası”nın mövcudluğuna ciddi ziyan vuran  bir addımdır”. 


Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bunu  Ermənistanın "Ayatsk”("Baxış”) tətbiqi siyasət və araşdırmalar mərkəzinin rəhbəri Rozi Mikaelyan söyləyib.
 
"Anna Akopyanın bu açıqlaması "Artsax”ın subyektivliyinə ciddi zərbədir. Ermənistan "Artsax”ın təhlükəsizliyinin qarantıdır. Buna görə də Əliyevanı Qarabağa dəvət etmək üçün  daha vacib olan BMT qətnamələrinə istinad etmək deyil, "Artsax” hakimiyyəti tərəfindən belə bir təşəbbüs göstərilməsidir. Əlbəttə ki, əgər məqsədəuyğun hesab etsələr...” 

Ekspert başqa bir vacib faktı da vurğulayıb: 

"Anna Akopyan başqa bir vacib təfərrüatı unudub: Mehriban Əliyeva təkcə birinci xanım deyil, ölkənin dövlətdə gerçək gücə sahib olan  birinci Vitse-prezidentidir”.

"Rozi Mikaelyanın sözlərinə görə, Ermənistan hakimiyyətinin bu cür məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq Azərbaycanın, nəhayət, münaqişənin həlli üçün danışıqlar prosesinə özünün "cəmiyyətlərarası dialoq" yanaşmasını da konsolidasiya edə bilməsi faktını da göstərmək olar.

Sultan Laçın