SEVGİ, UŞAQ / BÖYÜK
Ailədə zorakılıq nədir Tarix : 05 Aprel 2021, 15:24
Ailədə zorakılıq ailənin bir üzvü tərəfindən digərinin fiziki, psixoloji, iqtisadi, cinsi zorakılıq və ya məcburetmə ilə konstitusiya hüquq və azadlıqlarının pozulmasıdır.
Zorakılıq formaları aşağıdakılardır?
Fiziki zorakılıq: döymək, işgəncə vermək, sağlamlığı zədələmək, qeyri-qanuni şəkildə azadlıqdan məhrum etmək və ya fiziki ağrıya, əzaba səbəb olan digər hərəkət; sağlamlıq vəziyyəti ilə əlaqədar olan tələbləri təmin etməmək, bu da ailə üzvünün sağlamlığının zədələnməsinə və ölümünə səbəb olur;
Psixoloji zorakılıq: təhqir, şantaj, alçaltma, hədələmə və ya insan ləyaqəti və şərəfinə xələl yetirilməsinə səbəb olan digər davranışlar;
İqtisadi zorakılıq: qida, yaşayış yeri və normal inkişafın digər şəraiti ilə təmin etmək, mülkiyyət və əmək hüquqlarını həyata keçirmək, eləcə də birgə mülkiyyətdə olan əmlakdan istifadə etmək və məxsus olan pay üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb olan hərəkət;
 
Qorxdum ki, uşağı da öldürər 

Cinsi zorakılıq: zorakılıqla, hədələməklə və ya qurbanın acizliyindən istifadə etməklə cinsi əlaqə; yetkinlik yaşına çatmamış şəxsə qarşı cinsi əlaqə və ya cinsi xarakter daşıyan digər azğın hərəkət;
Məcburetmə: insanın hər hansı hərəkəti etməyə və ya etməməyə fiziki və ya psixoloji məcbur edilməsidir. Halbuki bu onun hüququdur. İnsanın iradəsinə olan təsir, təhrik də məcburetmədir.
Laqeydlik: valideyn və ya qanuni nümayəndə tərəfindən uşağın fiziki, psixoloji zərurətlərinin təmin edilməməsi, baza təhsili almaq hüququnun məhdudlaşdırılması, təhlükədən müdafiə edilməməsi, doğumun qeydiyyatı, tibbi və digər xidmətdən istifadə etmək üçün zəruri şərtlərin həyata keçirilməməsi.
Ailədə zorakılıq zamanı kimlər ailə üzvü hesab edilirlər?
Ailədə zorakılıq zamanı ana, ata, baba, nənə, həyat yoldaşı, övlad (oğulluq, qızlıq), övladlığa götürülən, övladlığa götürən, övladlığa götürənin həyat yoldaşı, qəbul edən ailə (analıq, atalıq), nəvə, bacı, qardaş, həyat yoldaşının valideynləri, kürəkən, gəlin, keçmiş həyat yoldaşı, qeydiyyata alınmamış nikahda olan şəxslər və onların ailə üzvləri, qəyyum (dəstəkləyən) ailə üzvü hesab edilirlər.
Ailədə zorakılıq qurbanı kimlər hesab edilə bilərlər?
Qurban fiziki, psixoloji, cinsi, iqtisadi zorakılığa və ya məcburetməyə məruz qalan ailə üzvüdür.
Ailədə zorakılığın ehtimal edilən qurbanı özünü qurban hesab edən və qurban statusunu müəyyən etmək məqsədilə müvafiq orqanlara/ailədə zorakılıq qurbanı statusunu müəyyən edən qrupa (qurbanı eyniləşdirmə qrupu) müraciət edən şəxsdir.
Ailədə zorakılıq zamanı kimlər zorakı hesab edilirlər?
Zorakı ailənin digər üzvünə qarşı fiziki, psixoloji, iqtisadi, cinsi zorakılığı və ya məcburetməni həyata keçirən ailə üzvü.
Öhdəlik, yəni ailədə zorakılıq faktını müvafiq orqanlara bildirmək hüququna kimlər malikdirlər?
Öhdəlik tibb müəssisəsinin əməkdaşları, yetkinlik yaşına çatmamış şəxs təqdirində - eləcə də təhsil və tərbiyə müəssisələrinin əməkdaşları, İctimai hüquqda hüquqi şəxs – Sosial Xidmət Agentliyi, qəyyumluq və qayğı orqanının səlahiyyətli əməkdaşları ola bilər.
Ailədə zorakılığa məruz qalan məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər qurban (ehtimal edilən qurban) yetkinlik yaşına çatmayıbsa, qəyyumluq hüququ olan və ya qayğı göstərən kimsə, həmçinin qurbanın razılığı ilə qurbana tibbi, hüquqi və ya psixoloji dəstək göstərən şəxs məhkəməyə mürüaciət edə bilər.
Ailədə zorakılığın aşkar edilməsi və qarşısının alınması üçün hansı hüquqi müdafiə mexanizmləri mövcuddur?
Ailədə zorakılığın aşkar edilməsi və qarşısının alınması üçün cinayət-hüquqi, mülki-hüquqi və inzibati-hüquqi mexanizmlərdən istifadə edilir.
 

 
Qadın və uşaqların Təhsilinə Dəstək İctimai Birliyi