BURA / ORA
ABŞ Ukraynanı əsas tərəfdaşı seçə bilər - Trampdan dəvət! Tarix : 04 İyun 2019, 14:59

ABŞ Ukraynaya xüsusi tərəfdaşlıq statusu verə bilər. Belə bir status Ukraynaya hərbi dəstək qazandıracaq. 

ABŞ-da Ukraynanın ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün qanun layihəsi hazırlanıb. Bu qanun layihəsinə görə Ukraynaya NATO-dan kənar hərbi dəstək və əsas hərbi-siyasi müttəfiq statusu veriləcək. Bu barədə Ukrayna səfirliyi öz rəsmi facebook səhifəsində yazıb. "Belə bir status Ukraynaya hərbi dəstək verilməsini asanlaşdıracaq".
 
2014-cü ildə statusun verilməsini Ukrayna prezidenti Petro Poroşenko istəyirdi. Amma ABŞ prezidenti Barak Obama Senatın qərarı olmasına baxmayaraq razılıq vermədi. Bu gün məsələ Vladimir Zeliniskinin seçilməsi ilə yenidən aktuallaşıb. 
Qeyd edək ki, 15 ölkənin belə bir statusu var. Qanun layihəsinin həmmüəllifi kimi Xarici Məsələlər üzrə Komitənin rəhbərləri konqresmen-demokrat Eliot Enqel və respublikaçı Maykl Makkol çıxış edib. Eyni zamanda Komitənin Avropa, Avrasiya, energetika və ətraf mühit üzrə Alt Komitə həmsədri "demokrat” Vilyam Kitinq və "respublikaçı” Adam Kinzinqer də bu qanun layihəsinin təşəbbüskarıdı. 
Prezident Zelenskiy qanun layihəsini şərh edərək deyib: "Ukraynanın davamlı ərazi bütövlüyünə dəstək üçün təşəkkür edirik". Eyni zamanda yeni prezident ABŞ dövlət başçısı Donald Trampa Vaşinqtona dəvətə görə də çox sağ olunu bildirib.
Qeyd olunur ki, qanun layihəsi çərçivəsində Konqresslər Palatasının Müdafiə məsələləri üzrə vəsaitayrılma Komitəsi Pentaqonun müəyyənləşdirdiyi 2020-ci ilə Ukraynaya 250 mln ABŞ dolları vəsait ayrılmasını dəstəkləyib. Bu vəsaitin 30 faizinin birmənalı şəkildə öldürücü silaha xərclənəcəyi vurğulanır. Ukrayna Prezidenti ilə Donald Trampın görüşü isə G-20 Sammitindən sonraya planlaşdırılır. Böyük 20-liyin Sammiti 28-29 iyunda olacaq. Bu barədə Zelenskinin ştatdankənar müşaviri Boris Tizenhausen Radio Svoboda-nın efirində məlumat verib. 
Müşavirin sözlərinə görə ABŞ prezidentinin Zelenskini Vaşinqtona dəvət etməsi Ukrayna üçün xoş vədlər verir: "Bu o deməkdi ki, Zelenskiyə ABŞ tərəfindən müəyyən güvən krediti verilir. Məncə, Ağ Ev administrasiyası həm də onlar üçün çətin olan məsələni ölü nöqtədən çıxarmaq istəyir. Görüş üçün katalizator səbəblərdən biri Ukraynanın "Burisma Holdings" qaz kampaniyasına olan hücumdu. Bu məsələdə Co Baydenin oğlu fiqurluq edir. Bayden demokratlarda birinci pozisiyanı tutur. Trampın rəqiblərindəndi. Çox böyük güman ki, o da namizədliyini verəcək. Əlində Baydenin riputasiyasına necəsə təsir edən rıçaq saxlamaqla Zelenskiy Trampın ən azı sevimli qonağı olacaq" - Tizenhausen deyir. 
Qeyd edək ki, bu günlərdə Ukrayna adminstrasiyası Zelenskinin Donald Tramp tərəfindən Vaşinqtona dəvət edilməsi haqda informasiya yayıb.
Donald Tramp Vladimir Zelenskiy Ukrayna prezidenti seçildiyi gün onu qələbə münasibəti ilə təbrik edərək davamlı dəstək verəcəklərini vurğulayıb.

qadinkimi.com