ABŞ-da bir market, müştərinin üzərinə öskürdüyü 35 min dollarlıq məhsulu Covid 19 şübhəsiylə zibilə atıb
ABŞ-ın Pensilvaniya ştatındakı bir marketdə qadın müştəri qida məhsullarının üzərinə qəsdən öskürüb. Bunu görən market sahibi Koronavirusa yoluxma təhlükəsinə görə 35 min dollar dəyərindəki məhsulu zibilə atıb.
Bəhsi gedən qadının "terror hücumu" ittihamı ilə mühakimə olunacağı bildirilir.
Hadisə keçdiyimiz günlərdə Hanover şəhərindəki Gerrity's adlı supermarketdə baş verib. Marketin iş ortaqlarından olan Joe Fasula, Margaret Ann Cirko adlı həmin qadının içəri girərək marketin un məmulatları, ət və meyvə-tərəvəz şöbəsində olan bütün təzə məhsullarının üzərinə qəsdən öskürdüyünü bildirib.
Bildirilib ki, hadisədən sonra market işçiləri tərəfindən çölə çıxarılan qadının təhlükəsizlik kamerası görüntüləri izlənildikdən sonra həmən polisə təhvil verilib. Hazırda ruhi sağlamlığının yerində olub olmadığı araşdırılır. Hanover Township Polis Polis bölməsi səlahiyyətliləri qadının Covid 19 testinə aparılacağı, testlərin müsbət olacağı təqdirdə cinayət işinin başlanacağını açıqlayıb.
Market sahibi Fasula, qadının ordan uzaqlaşdırılmasından sonra marketin başdan-ayağa dezinfeksiya edildiyini və bütün məhsulları da zibilə atmaq məcburiyyətində qaldıqlarını deyib. Fasula "Yaşadığımız bu çətin günlərdə bütün bu gərəkli məhsulları zibilə atmaq həqiqətən də üzücü haldır. Bir çox insan gələcəkdə ərzaq qıtlığı yaşayıb yaşamayacağı mövzusunda narahatlıq duyur. Bu çox düşündürücü bir vəziyyətdir" deyə bildirib.
Qeyd edək ki, hazırda ABŞ-ın Pensilvaniya ştatında koronavirusa yoluxanların ümumi sayı 1.718 - dir. 16 nəfər isə həyatını itirib.
Son yenilənən məlumatlara görə isə ABŞ koronavirusa yoluxanların sayına görə dünyada birinci yerə çıxıb. Ölkədə ümumilikdə 86 min yoluxmuş insan olduğu halda, epidemiya səbəbindən 1300-dən çox adam öldü.
ABŞ-da Koronavirusu bilərək yaymaq "terror cinayət"i sayılır
Xatırladaq ki, çərşənbə günü ABŞ Ədliyyə Nazirliyi koronavirusu qəsdən yayan insanların terrorizmdə günahlandırıla biləcəyini açıqlamışdı.
Həftənin əvvəlində isə Nyu-Cersidə bir market işçisinin üzünə qəsdən öskürən və koronavirus yoluxucusu olduğu hesab edilən bir nəfər daha 'terror cinayəti' törətdiyinə görə cəzalandırılıb.
Bir başqa hadisə də həftənin əvvəlində Missouri əyalətində baş verib. Bənzər hərəkətə görə terror cinayətlərində günahkar bilinən bir gənc daha cinayət məsuliyyətinə cəlb olunub. Bu haqda yerli mətbuatın xəbər agentləri məlumat verib.
Mənbə: tr.euronews.com
qadinkimi.com