Tənəffüs sisteminin ən mühüm hissəsi ağciyərlərdir. Ağciyər özünü tənzimləyən orqan olsa da, ətraf mühitin yaratdığı toz, siqaret dumanı və toksinlərdən təsirilə zaman getdikcə zəifləyir.
Bəzi bitkilər ağciyərlərin təmizlənməsinə, möhkəmlənməsinə və daha rahat nəfəs almasına yardımçı ola bilər.
Zəncəfilin tənəffüs yollarını açmaq kimi təsiri də var. Toz halında zəncəfili bal ilə qarışdıraraq içmək tənəffüs yollarını təmizləyir.
Adi dəvədabanı otu hindular tərəfindən minlərlə il əvvəl ağciyərləri gücləndirmək üçün istifadə edilmiş bitkidir. C vitamini anbarı olan adi dəvədabanı otu bəlğəm gətirən xüsusiyyətə malikdir. Aparılan araşdırmalarda astma, bronxit, öskürək və digər bir çox ağciyər problemlərinə yaxşı təsir etdiyi təsdiq olunub. Adi dəvədabanı otunu çay kimi içmək üçün qurudulmuş formada apteklərdən tapa bilərsiniz.
Evkalipt yarpaqlarında olan təbii antibiotik deyilən uçucu yağ ağciyər infeksiyalarına qarşı vuruşur və tıxanıqlığı təmizləyir. Astma və nəfəs darlığı xəstəliklərində haradasa ağıla ilk gələn təbii müalicə üsuludur. Öskürək və boğaz qıcıqlanmasında istifadə etdiyimiz siroplar, buxar vannaları üçün olan məhsullar əsasən, evkaliptdən hazırlanır.
Kəklikotu sinə tutulmasına qarşı yaxşı mübarizə üsuludur. Kəklikotunun tərkibindəki ən mühüm maddə uçucu efir yağlardır. Bu yağlar qana qarışıb, bronxial əzələlərə təsir edərək ağrıları azaldır. Eyni zamanda, o bölgələrdə bakteriya əmələ gəlməsini əngəlləyir. Öskürək və yuxarı tənəffüs yolları iltihabında çayı da çox təsirlidir.
Soyuqdəymə, qrip və digər infeksiyaların müalicəsinə kömək edən ekinezya ağciyər funksiyalarını inkişaf etdirmək üçün təsirli bitkidir. Ekinezya ilə bağlı aparılan araşdırmalarda bu bitkinin xüsusilə immun sistemini qüvvətləndirici xüsusiyyəti təsdiq olunub. İnterferon istehsalını dəstəkləyərək orqanizmin müdafiə sistemini gücləndirir. Hər hansı bir dərman istifadə edirsinizsə və ya hər hansı bir xəstəliyiniz varsa, həkimlə məsləhətləşməlisiniz.