90-ların sevilən müğənnisi Bendeniz’dən həmkarlarına sərt təpki - VİDEO
Tarix : 19 May 2020, 15:51
Yazar : Qadinkimi.com
90-ların sevilən sənətçisi Bendeniz keçdiyimiz günlərdə sosial media hesabından etdiyi paylaşımla bütün Türkiyənin gündəminə oturdu.
Türkiyə mediasından aldığımız məlumata görə mayın 11-dən etibarən Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə ikinci, "Nəzarətli sosial həyat” mərhələsi başlayıb. Bu mərhələdə həmin tarixdən etibarən alış-veriş mərkəzləri, gözəllik salonları, bərbərxanalar və bir sıra ictimai iaşə obyektləri fəaliyyətə başlayıb.
Bu durumdan faydalanmaq istəyən bəzi müğənnilər isə üsyan etməyə başlayıb. Demet Akalın, Işın Karaca, Cenk Eren, Fatih Ürək və bir çox müğənnilər artıq karantin dönəmindən normal həyata keçilməsini, əyləncə məkanlarının açılmasını istəyib.
Müğənni Demet Akalın Tülay Demirlə müsahibəsində "Türkiyənin ən çox qazanan isimlərindən biri mənəm, lakin buna baxmayaraq artıq mən də bacara bilmirəm, maddi sıxıntılarım var, çətin durumdayam." deyib.
Cenk Eren: "Tamam, biz 3-5 il idarə edərik. Lakin qeyri-rəsmi yerlərdə olan musiqiçilər çətinlik çəkirlər. Əyləncə məkanları birmənalı olaraq açılmalıdır." deyib.
Işın Karaca isə "Madam ki, alış veriş mərkəzləri açılıb, biz də çıxıb orda mahnı oxuyaq, ya da bir an öncə əyləncə məkanları açılsın" sözləri ilə Akalına haqq qazandırıb.
"Bu qədər çarəsiz insan varkən..."
Səhnəyə çıxıb bir an öncə pul qazanmaq istədiklərini ifadə edən həmkarlarına müğənni Bendenizdən çox sərt bir mesaj gəldi: "Bu qədərmi ac qaldınız? Milyonlarınız cibinizdə, bu qədər qudurmaq niyə? Almasaydınız boyunuzdan böyük evləri, Alış veriş mərkəzində oxuyacaqlarmış, restoranda oxumaq problem olmazmış... Balkonuma bir-iki stol qoyum, gəlin oxuyun. Gözləyin, gözləyin bir az..!!! Ətrafda bu qədər çarəsiz insanlar varkən...Utanın bir az..! Utanın! Varsa vicdanınınızdan, yoxdursa ətrafınızdan.! Xalqın çətin durumunda bizlərin şikayətlənməyə haqqımız yoxdur.. Ayıbdır...Əyləncə zamanı deyil, insanların sağlığı önəmlidi. İnsanlar çörək tapmır yeməyə bizi dinləməyə necə gəlməlidir ki?” kimi sözləri ilə şikayətlənən həmkarlarına irad bildirib.
Sənətçi dostlarından Seren Serengil və Hakan Peker də Bendeniz’ə dəstək çıxaraq "Çox doğru iraddı, aztəminatlı ailələr belə ağzını açıb şikayətlənmədiyi halda, əyləncə sektorunda olan bizim kimi sənətçilərin şikayətlənməyə haqqı yoxdur, xalq evinə çörək aparma dərdindədi, mahnı dinləmək hayında deyil.” deyib.
Qeyd edək ki, sevilən müğənni Bendeniz keçdiyimiz həftələrdə yaxın dostları ilə birgə Koronavirus pandemiyası üzündən çətin durumda olan aztəminatlı ailələrə qida yardımı etmiş və "Çətin günlərdə bir-birimizə dəstək olmalıyıq” deyə bildirmişdi.