ABŞ-ın Texas ştatında yaşayan 105 yaşlı Charlotte və 106 yaşlı John Henderson 80 illik evlilikləriylə dünyanın ən yaşlı cütlüyü olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib.
Henderson cütlüyünün sevgisi zamana məğlub olmayanlardandı...
15 Dekabrda 80 illik evliliyini qeyd edəcək cütlük 1934-cü ildə Texas Universitetində tanış olub. O vaxt Şarlotte müəllim olmaq üçün oxuyarkən, Con da məktəbin Amerika futbol komandasının müdafiəçisi idi. Bir neçə il görüşdükdən sonra Amerikanı sarsıdan Böyük böhran dövründə 1939-cu ildə evləndilər.
Con Henderson, evlilikləri zamanı çətin günlər keçirdiklərini və bal ayı üçün məhdud büdcəsinin olduğunu və cəmi 7 dollar xərclədiklərini deyir.
"Ölçülü bir həyat yaşa və xanımınla yaxşı davran"
Cütlüyün evliliyi kimi sağlamlıqları da yaxşı durumdadır. Con eyni zamanda sağ qalan ən yaşlı Amerika futbolçusudur. Son 84 ildir hər il ən azı bir Longhorn matçında oynayır. Yaşlı cütlük xoşbəxt və sağlam həyatın evliliyi gücləndirdiyini düşünür.
Con uzunömürlü evliliyin düsturunu verməyi də unutmur: "Ölçülü bir həyat yaşayın və xanımınızla yaxşı davranın".
qadinkimi.com
qadinkimi.com