Türkiyənin Çorum şəhərində yaşayan 76 yaşlı Esme Dalgıç ali təhsil üçün imtahan (YKS Yükseköğretim kurumları sınavı) verib. Keçən il litseyi bitirən Dalgıç hüquq fakültəsində oxumaq istədiyini bildirib və gənclərə də oxumağı, təhsilli olmağı tövsiyə edib.
Şəhərdə orta məktəbi və liseyi bitirən, 4 övladı və 10 nəvəsi olan Esme Dalgıç Kərəbi Qazi İmam Hatip Orta Məktəbində YKS-yə sənəd verib.
Hüquq fakültəsinə qəbul olunmağı hədəf seçən Dalgıç bunları deyib: " Oxumağı çox arzulayırdım, böyüklərimiz isə razı olmadılar. Uşaqlar oxumaz dedilər. Arzum ürəyimdə qalmışdı. Orta məktəbi, litseyi kənardan bitirdim. İndi də univetsitetə girmək istəyirəm.
Gənclərə məsləhətim budur ki, çox oxusunlar. Onların zamanı var, mənim yaşda olanların isə yoxdur.
Mənbə: DHA (Demirören Haber Ajansı)
Qadinkimi.com